Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ruhani iki dəfə and içəcək
Ruhani iki dəfə and içəcək
17 İyun 2013 / 13:04 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

İranda yeni prezidentin andiçmə mərasimi 2 mərhələdə keçiriləcək

İranda yeni seçilmiş prezidentin andiçmə mərasimi 2 mərhələdə təşkil olunacaq. İran mətbuatının yaydığı məlumata görə, avqustun 3-də və 5-də baş tutacaq həmin tədbirin ilk mərhələsində hazırkı prezidentlə yeni prezident arasında hakimiyyətin təhvil-təslimi həyata keçiriləcək.

İlk inaqurasiya mərasiminin Tehranın şimalındakı Camaran rayonunda, Hüseyniyə adlı yerdə keçiriləcəyi gözlənilir və bu mərhələdə İranın ali dini lideri Ayətullah Əli Xameneyi, İslam Respublikasının bütün ali məmurlarının, o cümlədən hərbi elitanın iştirakı vacibdir.

İnaqurasiyanın ikinci mərhələsi isə İran parlamentində keçəcək və seçilmiş prezident millət vəkilləri qarşısında and içəcək. Qeyd edək ki, andiçmənin bu iki mərhələsi arasında Əhmədinejad müvəqqəti olaraq prezidentlik səlahiyyətlərini davam etdirəcək.

Qeyd edək ki, yeni seçilmiş prezidenti Həsən Ruhani İran lideri Ayətullah Xomeyininin Tehrandakı məzarını ziyarət edib. Məzarlıqda Ruhanini qarşılayan böyük izdiham ona dəstək şüarlar səsləndiriblər. Ruhani tərəfdarlarına müraciət edərək, İranın nikbin gələcəyi ilə bağlı baxışlarını bölüşüb: “Allahın köməkliyi ilə bu seçkilər xalqın tələb etdiyi dəyişikliklərin bir başlanğıc nöqtəsi olacaq. Dəyişikliklər dedikdə, əlbəttə ki, iqtisadiyyat, mədəniyyət, sosial və siyasi sahələrdə inqilabdan söhbət gedir”.

Xatırladaq ki, iyunun 14-də İranda 11-ci prezident seçkiləri keçirilib, səslərin ümumi nəticəsinə görə, Həsən Ruhani 51 faizli nəticə ilə İranın növbəti prezidenti seçilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə