Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Həcc ziyarətinə kimlər gedəcək?- SİYAHI
Həcc ziyarətinə kimlər gedəcək?- SİYAHI
17 İyun 2013 / 13:45 / Baxış sayı: 24
Font1 Font2 Font3 Font4

Səudiyyə Ərəbistanı Həcc ziyarətilə bağlı gözlənilməz qərar verdi

“Səudiyyə Ərəbistanı hökumətinin Həcc ziyarətinə gələcək zəvvarların sayının azaldılması ilə bağlı Qafqaz Müsəlmanları İdarəsində (QMİ) hər hansı məlumat yoxdur”. Bunu isə ANS PRESS-ə açıqlamasında QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib.

Onun sözlərinə görə, quruma bununla bağlı heç bir məlumat daxil olmayıb.

Bu il Həcc ziyarətinə gedəcək zəvvarların sayına gəlincə R. Dadaşova bildirib ki, bununla bağlı dəqiqləşmə aparıldıqdan sonra mətbuata məlumat veriləcək.

***
11:50

Tarixdə ilk dəfə Həcc ziyarəti qismən təxirə salınıb. ANS PRESS-in “mignews.com” saytına istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı hökuməti bu il Məkkəyə Həcc ziyarətinə gələn zəvvarların sayını azaltmaq istəyir. Ölkədən gələnlərin sayı yarıbayarı və xaricdən gələn zəvvarların sayı isə 20 faiz azaldılacaq.

Həcc naziri Bəndər Hədcarın sözlərinə görə, bu müvəqqəti qəbul edilmiş qərardır. Nazir zəvvarların sayının azaldımasını Məkkədə “Əl-Həram” məscidinin təmiri ilə əlaqələndirir. Təmir işlərindən sonra məscidin ərazisi 400 min kv metr artırılacaq və 2,2 milyon insana eyni vaxtda xidmət göstərəcək.

Xatırladaq ki, ötən il Həcc ziyarətini 3,1 milyon insan ziyarət edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə