Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Böyük səkkizlər”in sammiti başladı
“Böyük səkkizlər”in sammiti başladı
18 İyun 2013 / 11:08 / Baxış sayı: 38
Font1 Font2 Font3 Font4

ABŞ, Rusiya və Fransa prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair birgə bəyanatının qəbulu gözlənilir

Şimali İrlandiyanın Lox Ern (Lough Erne) turizm zonasında “Böyük səkkizlər”in (G8) 39-cu zirvə toplantısı başlayıb. APA-nın xəbərinə görə, Böyük Britaniyanın baş naziri Devid Kemeron toplantısı açaraq əsas müzakirə mövzularının ticarət, vergilər, şəffaflıq və aktual beynəlxalq problemlər olacağını deyib.

Bizimxeber.sx-ın məlumatına görə, liderlər dünya iqtisadiyyatının, maliyyə və fond bazarlarının mövcud durumunu müzakirə edəcək, həm milli, həm də dünya bazarlarının bundan sonrakı inkişafına dair fikir mübadiləsi aparacaqlar. Daha sonra Suriya böhranına həsr olunmuş ayrıca iclas keçiriləcək.

Sammitin ikinci günü beynəlxalq terrorçuluqla bağlı məsələnin müzakirəsi ilə başlayacaq, sonra dünya vergi sisteminin islahatı barədə müzakirə aparılacaq.

Sammit çərçivəsində ikitərəfli görüşlər keçiriləcək. Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun daha öncə söylədiyi kimi, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri ABŞ, Rusiya və Fransa prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair birgə bəyanatının qəbulu da gözlənilir.

Qeyd edək ki, G8-ə ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Rusiya, Kanada, İtaliya və Yaponiya daxildir.
arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə