Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Gülər Əhmədova azadlığa buraxılacaq
Gülər Əhmədova azadlığa buraxılacaq
18 İyun 2013 / 12:11 / Baxış sayı: 16
Font1 Font2 Font3 Font4

Sabiq deputat Gülər Əhmədovanın azadlığa buraxılması ilə yeni plan nəzərdən keçirilir. Bu barədə redaksiyamıza daxil olan məlumatda bildirilir ki, sabiq deputatın psixiloji probleminin olması barədə köhnə tarixlə rəy hazırlanması düşünülür. Guya Gülər Əhmədova Elşad Abdullayevlə mandat bazarlığı edərkən artıq psixoloji problemi var imiş.

Xatırladaq ki, mayın 8-də Gülər Əhmədova barədə həbs-qətimkan tədbirinin müddəti uzadılıb. Avqustun 8-də bu müddət başa çatır. Gülər Əhmədova həmin vaxta vəkillərinə danışmağa qadağa qoyub.

Məlumatlarda deyilir ki, bu qadağa Gülər Əhmədova ilə danışıqlardan sonra gündəmə gəlib. Sabiq deputata vəd edilib ki, avqustun 8-də həbs qətimkan tədbirinin müddəti başa çatdıqda o, azadlığa buraxalıcaq. Lakin həmin vaxta kimi “mandat qalmaqalı” gündəmdən düşməlidir. Bunun üçün isə Gülər Əhmədova susmalıdır, vəkilləri də mətbuata heç bir açıqlama verməməlidir. Sabiq deputat da bu təklifi qəbul edib. Lakin əgər vəd verənlər vədini yerinə yetirməzsə, Gülər Əhmədova danışmağa başlayacaq. Sabiq deputat yaxşı anlayır ki, o, nə yolla olursa-olsun seçkiyə qədər azadlığa çıxmalıdır. Seçkidən sonra onun azadlığa buraxılması mümkün olmaya bilər.

Avqustun 8-i Gülər Əhmədova tərəfindən havadarlarına verilən son möhlətdir. Ona görə də ciddi-cəhdlə onun azadlığa buraxılması planı üzərindən iş gedir. Yada salaq ki, Gülər Əhmədova barədə həbs-qətimkan tədbiri uzadılandan sonra yaxınları tərəfindən onun psixoloji problemlərinin olması barədə mətbuata açıqlamalar verildi. Hətta Gülər Əhmədovanın vaxtilə mərhum Ağabəy Sultanova müraciət etdiyi iddia olundu. Məlumatlara görə, bu açıqlamalar sabiq deputata köhnə tarixlə rəy vermək üçün lazım olub. Lakin hakimiyyətin müəyyən tərəddüdləri də var. Hakimiyyət düşünür ki, bu blef cəmiyyət tərəfindən qəbul olunmayacaq. Və “mandat qalmaqalı” ilə bağlı problem daha da gərginləşəcək. Hər halda Elşad Abdullayev Gülər Əhmədovanın azadlığa buraxılmasına sükutla yanaşmayacaq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə