Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Əli İnsanov azadlığa çıxır?
Əli İnsanov azadlığa çıxır?
18 İyun 2013 / 12:42 / Baxış sayı: 52
Font1 Font2 Font3 Font4

Avropa İnsan Haqları Məhkəməsinin keçmiş səhiyyə naziri Əli İnsanovala bağlı verdiyi qərar qüvvəyə minib. Bu barədə “Bizim Yol” qəzetinə Əli İnsanovun vəkili Toğrul Babayev məlumat verib. “Prosedura uyğun olaraq, tərəflərdən hər hansı biri qərardan Yuxarı Palataya şikayət verməzsə, Avropa Məhkəməsinin qərarı qüvvəyə minir. Biz qərardan şikayət verməmişik və Azərbaycan hökumətinin də şikayət verməsi barədə məlumat yoxdur. Bu isə o deməkdir ki, mart ayında Avropa İnsan Haqları Məkəməsində verilmiş qərar qüvvəyə minmiş sayılır” – deyən vəkil vurğuladı ki, Ali Məhkəmənin plenumu 3 ay müddətində Əli İnsanov barədə işə baxaraq yerli məhkəmələrin hökm və qərarlarını ləğv etməlidir.

Qeyd edək ki, Ağır Cinayətlərə dair Məhkəmənin Əli İnsanovu 11 il müddətinə azadlıqdan məhrum etməsi barədə hökmdən Avropa Məhkəməsinə verilmiş şikayət mart ayında təmin edilib. Məhkəmə hesab edib ki, Əli İnsanova qarşı Konvensiyanın 3-cü maddəsi pozulub, ona işgəncə verilib. Bu işgəncələr ona Bayıl həbsxanasında, 5 saylı istintaq təcridxanasında, 13 saylı cəzaçəkmə müəssisəsində tətbiq olunub. Əli İnsanov indi də 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Avropa İnsan haqları Məhkəməsi hesab edir ki, Əli İnsanov barəsində ədalətsiz məhkəmə keçirilib. Onun müdafiə hüququ və digər prossesual qaydalar pozulub. Bunları əsas götürərək Avropa Məhkəməsi Əli İnsanovun xeyrinə qərar çıxarıb və ona bəraət verilməsini, eyni zamanda, Azərbaycan hökumətinin 10 min avro cərimə ödəməsi barədə qərar çıxarıb.

Əli İnsanov 2005-ci ilin oktyabrında “dövlət çevrilişi”ndə təqsirlədirilərək həbs olunub. Lakin sonradan ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-cü (külli miqdarda mənimsəmə və ya israf etmə) 306.2 (vəzifəli şəxs tərəfindən məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

2007-ci ilin aprel ayında əmlakı müsadirə olunub və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan olunmaqla, 11 il müddətinə azadlıqdan məhrum edilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə