Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Etiraz aksiyası: 30-dan çox yaralı
Etiraz aksiyası: 30-dan çox yaralı
18 İyun 2013 / 13:15 / Baxış sayı: 18
Font1 Font2 Font3 Font4

Ötən gecə ölkənin 11 şəhərində 220 mindən çox adam küçələrə çıxıb

Braziliyada hökumətin sosial siyasətinə qarşı etiraz aksiyalarının miqyası genişlənməyə davam edir. İyunun 17-dən 18-nə keçən gecə ölkənin 11 şəhərində 220 mindən çox adam küçələrə çıxıb. Ən kütləvi aksiyalar Rio-de-Janeyro, San-Paulu və Belu-Orizonti şəhərlərində keçirilib. Bu şəhərlərdə etirazçılar şəhər administrasiyası binalarına daxil olmağa cəhd ediblər. Paytaxt Braziliada isə nümayişçilər polisin canlı səddini qıraraq, parlament binasının damına çıxıblar.

Braziliya şəhərlərində etirazlar zamanı polislə toqquşmalarda ümumilikdə 30-dan çox adam xəsarət alıb. Onlardan 20-nin polis əməkdaşları olduğu bildirilir.

Qeyd edək ki, etiraz dalğası iyunun 13-də Rio-de-Janeyroda başlayıb və digər şəhərlərə yayılıb. Nümayişçilər əvvəlcə Dünya Çempionatına çəkilən xərclərin çoxluğuna qarşı çıxır, bu vəsaitin səhiyyə və təhsil sahələrinə ayrılmasını tələb edirdilər. Sonradan ictimai nəqliyyatdan istifadəyə görə haqqın artırılması da daxil olmaqla, ümumilikdə Braziliya hökumətinin sosial siyasətinə qarşı şüarlar səsləndirilməyə başlayıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə