Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycan “Freedom House”in hesabatında
Azərbaycan “Freedom House”in hesabatında
18 İyun 2013 / 15:56 / Baxış sayı: 26
Font1 Font2 Font3 Font4

“Freedom House” təşkilatı “Keçid dövrü ölkələri-2013” hesabatını yayıb. Hesabatda Azərbaycan da daxil olmaqla Avrasiya regionunun keçmiş sovet ölkələrində vəziyyət təhlil olunur. Bildirilir ki, 2012-ci ildə bu ölkələrdəki rejimlər demokratik dəyişikliklərə qarşı fəal mübarizə aparıblar.

Yaxın Şərq ölkələrində baş verənlərin təkrarlanmasını əngəlləmək üçün regionun despotik rejimləri rəqiblərinə qarşı daha amansız və qətiyyətli davranıblar. “Bir çox hallarda öz repressiyaları ilə artıq məşhur olan rejimlər yadfikirliliyi daha da məhdudlaşdırmaq üçün “yaradıcı” metodlar tətbiq ediblər. Bəzən zorakılığa əl atıblar” deyə hesabatda bildirilir. Təşkilat qeyd edir ki, Rusiya bu proseslərdə öndə gedib.

Azərbaycan isə Tacikistan, Belarus kimi rejimlərlə eyni sırada dayanaraq ehtimal olunan düşmənlərin təqib olunmasını sərtləşdirib, bu məqsədlə hüquqi və qeyri-hüquqi mexanizmlərdən istifadə edib. Hesabatda deyilir ki, regionun 12 ölkəsindən 5-də insan haqları və vətəndaş cəmiyyəti üçün həyəcanlı vəziyyət hökm sürür. Bura Azərbaycan da daxildir. Hesabatda Azərbaycan, Belarus, Türkmənistan, Özbəkistan və Tacikistan “Vətəndaş cəmiyyəti” göstəricisinə görə ən aşağı reytinq alıblar.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə