Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Saakaşvili: “Mən utanıram”
Saakaşvili: “Mən utanıram”
18 İyun 2013 / 16:28 / Baxış sayı: 10
Font1 Font2 Font3 Font4

“Mən utanıram. Ona görə ki, məhdudlaşdırılmış maliyyələşmə üzündən bu il xaricə oxumaq üçün cəmi 30-40 nəfər göndərə bilmişəm”.

Halbuki əvvəlki illərdə hökumətimiz xaricə minlərlə tələbə göndərirdi. ANS PRESS-in gürcü mətbuatına istinadən yaydığı məlumata görə, bu sözləri tələbələrlə görüşdə Gürcüstan prezidenti Mixail Saakaşvili deyib. İvanişvili hökumətinin təhsil siyasəti ilə razı olmadığını deyən prezident istənilən halda islahatların davam etdirilməsinin vacibliyini vurğulayıb.

“Hansı insanların oyundankənar vəziyyətdə qaldığını görəndə, ürəyim partlayır”, – deyə Saakaşvili qeyd edib.

Saakaşvili həmçinin yeni hökumətin bəzi ölkələrlə viza rejiminin yenidən nəzərdən keçirmək qərarını tənqid edib. Bu qərarın yanlış olduğunu deyən dövlət başçısı bildirib ki, bu, Gürcüstan üçün təsir dairəsidir. Çünki xarici tələbələr təhsilə görə gürcü tələbələrdən 2-3 dəfə çox pul ödəyir.

«Təhsil haqları aşağı salınmalıdır. Buna dövlət büdcəsindən vəsait ayrılmalıdır. Bundan başqa xarici tələbələrin ölkəmizə gəlişi mədəniyyətlərarası dialoqun tərkib hissəsidir. Biz anlamalıyıq ki, bütün ali təhsil ocaqlarında hökm sürən korrupsiya birdəfəlik yox olmalıdır”, – deyə Saakaşvili fikirlərini tamamlayıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə