Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İcra başçısı məhkəməyə gəlmədi
İcra başçısı məhkəməyə gəlmədi
18 İyun 2013 / 16:44 / Baxış sayı: 28
Font1 Font2 Font3 Font4

Bu gün Səbail rayon Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin Vətəninfo.az-a qarşı qaldırdığı iddia ilə bağlı məhkəmə prosesi davam edib. Amma qarşı tərəf gəlmədiyindən məhkəmə iyunun 28-nə təxirə salınıb.

Məhkəmədən sonra, Vətəninfo.az saytının baş redaktoru Nahid Canbaxışlı “Facebook” səhifəsində olduqca maraqlı bir status paylaşıb. Statusu oldugu kimi təqdim edirik.

“İnanın məni narahat edən, incidən Vilyamın məhkəməyə verməsi yox, uzun illər mətbuatın “müdafiəsində” duran jurnalist təşkilatları və onların möhtəbər təmsilçiləri oldular. Bu günə kimi birdəfə də olsun soruşmayıblar ki, ay qardaş sizi məhkəməyə veriblər səbəb nədir?

Amma ordan-burdan iki qrant alan kimi presrelizini topa ilə göndərirlər ki bunu yayın. Axı aldıqları qrantın qarşılığında sənədləşməyə bir-iki sənəd tikməlidirlər ya-yox. Heç Mətbuat Şurası belə demir ki, ay qardaş bəlkə bizdə nəsə edə bilərik. Mənə kiminsə nəyisə lazım deyil. Amma insanlıq naminə lazımdı. Amma yenədə sağ olsun dostlar ki, mənimle birlikdə məhkəmeyə geldilər.

Amma Əflatun müəllimdən inciməyə bilmərəm. Haqqımda var inciməyə. Kos-koca MŞ-nın başqanıdı, meger bir telefon açıb soruşsa beyem dunyamı dağılacaq. Əcaba biz iqtidarı başqaları kimi ağına-bozuna baxmadan təhqir-şanaj etmirik,bəlkə ona görə. Nə bilim Vallah. Emin Həsənlinin təşkilatından mayın 29-da keşirilən məhkəmə ilə bağlı zəng edib bir iki kəlmə soruşdular.

Deyəsən hesabatlarına qoyub Avropaya gondereceklerdi. Axşam özü ilə əlaqə saxladım dedim görüm nə deyir hele. Dedi xaricdəyəm. Mən uje o yolları çoxdan keçmişəm. Azərbaycanda heç bir zaman mətbuatın milli birliyi olmayıb. Bu hamının başındadı. Olsun”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə