Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

MSK-dan seçki açıqlaması
MSK-dan seçki açıqlaması
18 İyun 2013 / 17:04 / Baxış sayı: 6
Font1 Font2 Font3 Font4

Azərbaycanda bu ilin oktyabrında keçiriləcək prezident seçkisinin günü məlum deyil. İyunun 18-də “Media forum” saytına danışan Mərkəzi Seçki Komissiyası mətbuat xidmətinin rəhbəri Azər Sarıyev deyib ki, qanunun tələbi ilə seçki səsvermə gününə ən azı 60 gün qalmış elan olunmalıdır: “Seçki gününə Mərkəzi Seçki Komissiyası qərar verməlidir. Hələ ki, bu qərar yoxdur. Biz qanunun tələbinə uyğun vaxtda səsvermə gününü təyin edəcəyik. Məsələ hələ gündəliyə çıxarılmayıb”.

Ötən həftə prezident İlham Əliyev Seçki Məcəlləsinə 30 aprel dəyişikliyini imzalayıb. İyunun 12-də rəsmiləşən yeniliyə görə, səsvermə günü Ümumxalq Hüzn Günü (20 yanvar) və ya iş günü hesab edilməyən bayram gününə düşərsə, səsvermə həmin ayın başqa iş gününə təyin edilir.

Bu il Azərbaycanda prezident seçkisi oktyabrın 16-da keçirilməli idi. Oktyabrın 16-sı Qurban bayramına düşdüyündən seçki günü dəyişməlidir.

Seçki Məcəlləsindən çıxarış:

Maddə 8. Seçkilərin (referendumun) elan edilməsi müddəti

8.1. Seçkilər (referendum) səsvermə gününə azı 60 gün qalmış elan edilir.

8.2. Səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur.

Səsvermə günü Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə ümumxalq hüzn və ya iş günü hesab edilməyən bayram gününə düşərsə (Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin II hissəsində nəzərdə tutulan hal istisna olmaqla), səsvermə səsvermənin keçirilməli olduğu ayın başqa iş gününə təyin edilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə