Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qənirə Paşayeva: “Dövlət Baxçalı ilə toyda görüşdük…”
Qənirə Paşayeva: “Dövlət Baxçalı ilə toyda görüşdük…”
18 İyun 2013 / 17:43 / Baxış sayı: 14
Font1 Font2 Font3 Font4

“Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının yerinə başqa, yeni namizəd təklif etməyimlə bağlı bəzi KİV-lərdə yer alan fikirlər yanlış və cəfəng məlumatlardır. Birincisi, mən Türkiyə vətəndaşı deyiləm, ikincisi, Milliyyətçi Hərəkat Partiyasının üzvü deyiləm”.

Bunu millət vəkili Qənirə Paşayeva onun barəsində yayılan məlumatlara şərh verərkən deyib. Q.Paşayeva sonra əlavə edib: “Türkiyə vətəndaşı və Türkiyə Milliyyətçi Hərəkat Partiyasının üzvü olmadığım halda hansısa bir siyasi qurumda kiminsə rəhbərliyinin doğru olmamağı, onun yerinə başqasına gətirilməyi mənim işim deyil. Bu məlumat absurddur. Heç bir məclisdə, ümumiyyətlə belə bir fikir işlətməmişəm və çıxış etməmişəm. Heç vaxt çıxış etmərəm də. Çünki siyasətin içərisində olan bir insanam və bunun siyasi cəhətdən nə qədər yanlış olduğunu bilirəm”.

Xanım deputat Dövlət Baxçalının hörmət etdiyi insanlardan biri olduğunu və onun haqqında heç vaxt mənfi ifadələr işlətmədiyini də vurğulayıb: “Türkiyənin ən böyük partiyalarından birinin rəhbəridir və ona münasibətim çox normaldır. Bu absurd iddialardır. Əgər kimsə mənim adımla yalnış ifadələr gedib çatdırıbsa, o adam yalnış və böhtançı düşüncə tərzinə malik insandır. Heç inanmıram ki, Dövlət Baxçalı partiya lideri olaraq belə böhtana inansın. Söhbət təkcə Milliyyətçi Hərəkat Partiyasından getmir. Hansısa partiyaya kimin rəhbərlik edəcəyini o partiyanın üzvləri və dəstəkçiləri müəyyənləşdirir və bunu onlar söyləyə bilər”.

Son olaraq Dövlət Baxçalı ilə iyunun 9-da Möhsün Yazıçıoğlunun qızının toyunda görüşdüyünü deyən Qənirə Paşayeva ona bununla bağlı nə Dövlət Baxçalı, nə də partiyanın təmsilçiləri tərəfindən hər hansı irad bildirilmədiyini vurğulayıb: “Bir toyda gəlinlə bəyin şahidləri idik, salamlaşdıq. Bununla bağlı nə Dövlət Baxçalı, nə də partiyanın təmsilçiləri tərəfindən fikir səsləndirilib ”.

* * *

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı Azərbaycanlı bir millət vəkilinə möhkəm qəzəblənib. “Azadinform” agentliyi etibarlı mənbəyə istinadən xəbər verir ki, partiyasının həftəlik toplantısında bu qəzəbini dilə gətirən D.Baxçalı Azərbaycanlı millət vəkili haqqında sərt ifadələr işlədib.

İddiaya görə, Azərbaycanlı millət vəkili Türkiyədə bir məclisdə D.Baxçalının yerinə yeni bir namizəd təklif edib və yeni namizədin Azərbaycan tərəfindən dəstəklənməsinin təşkilini də öz boynuna götürüb. Həmin məclisdə iştirak edənlərdən biri isə bas verən söhbətləri olduğu kimi MHP sədrinə çatdırıb. Məhz buna görə həmin Azərbaycandan olan millət vəkilinin MHP-nin hər hansı bir tədbirinə dəvət olunması qadağan edilib.

Qeyd edək ki, “Azadinform” agentliyinin xəbərində həmin deputatın kimliyi barədə heç bir məlumat verilmir.

Virtualaz.org öz araşdırmaları nəticəsində həmin deputatın adını dəqiqləşdirə bilib. Özəl mənbələrimizdən aldığımız məlumata görə, bu, deputat Qənirə Paşayevadır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə