Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Baş nazir, ağıllı ol!
Baş nazir, ağıllı ol!
18 İyun 2013 / 18:10 / Baxış sayı: 20
Font1 Font2 Font3 Font4

Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı “Gəzi parkı” hadisələrini yenidən şərh edib. Parlamentdə partiyasının qrup iclasında çıxış edən Baxçalı Türkiyə baş nazirini tənqid edib. Hökumətin PKK ilə əldə etdiyi atəşkəs razılaşmasını müsbət qarşılamayan Baxçalı baş verənləri bu prosesin unudulması üçün atılan addım kimi göstərib.

“Görəsən baş nazir “Gəzi parkı” hadisələrini PKK ilə birlikdə ictimaiyyətin diqqətini başqa tərəfə yönəltmək üçünmü həyata keçirib? Baş nazir “Gəzi parkı”yla məşğul olduqca, terrorçular da işlərini rahat görürlər”, – deyə Baxçalı vurğulayıb.

Dövlət Baxçalı daha sonra baş naziri hədələyib: “Cənab baş nazir, “Milliyyətçi Hərəkat hələ son sözünü deməyib” deyəndə, zarafat etmirdik. Söz xatirinə danışmadıq. Baş nazir ağıllı ol, yoxsa türk milliyyətçiləri ağlını başından almağı da bilərlər”. /anspress/

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə