Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

YAP “Freedom House”a cavab verdi
YAP “Freedom House”a cavab verdi
18 İyun 2013 / 18:47 / Baxış sayı: 6
Font1 Font2 Font3 Font4

Hakim Yeni Azərbaycan Partiyası (YAP) “Freedom House” təşkilatının hesabatını birmənalı olaraq qərəzli hesab edir

“Freedom House”un Azərbaycanın vətəndaş cəmiyyəti göstəricisinə görə aşağı reytinqdə qeyd edilən “Keçid dövrü ölkələri-2013” adlı hesabatını şərh edən YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Trend-ə bildirib ki, bütün araşdırmalar göstərir ki, “Freedom House” təşkilatı müxtəlif qurumların sifarişini yerinə yetirir: “Bu qurumun maliyyə qaynaqlarına baxın, bu qurumun idarə edilməsinə diqqət yetirin. Bütün araşdırmalar göstərir ki, bu qurum demək olar ki, müəyyən maliyyə qurumlarının sifarişini yerinə yetirir”.

Qurbanlı qeyd edib ki, ayrı-ayrı qurumlar var ki, onların dünyanın müəyyən bölgələrində məqsədləri olur və məqsədlərinə nail olmaq üçün demokratiya adından bir pərdə kimi, bir vasitə kimi istifadə edirlər: “Freedom House” da bu vasitədə alət rolunu oynayır. Ona görə də “Freedom House” deyilən qurumun hesabatları birmənalı olaraq qərəzlidir. Biz dəfələrlə adını beynəlxalq qurum qoyan və əslində müxtəlif maliyyə mərkəzlərinin və ya dairələrin sifarişini yerinə yetirən bəzi təşkilatlar barədə fikirlərimizi demişik. Bunlardan biri də “Freedom House”dur. “Freedom House” azad ev mənasını versə də, sözün həqiqi mənasında bu qurum özü azad deyil”.

Qurbanlı hesab edir ki, “Freedom House” yalnız Azərbaycana qarşı qərəzli deyil, başqa ölkələrə qarşı da qərəzlidir: “O ki qaldı onun post-sovet məkanındakı ölkələri təsbit etməsi və burada Azərbaycanı hasnısa göstəricilərə görə geridə, arxa planda göstərməyə cəhd etməsi, əlbəttə, qəbul edilən deyil, bunu məqbul saymırıq, bunu tam qərəzli hesab edirik və bildirmək istəyirəm ki, “Freedom House”un ekspertləri diqqət yetirsəydilər, Azərbaycanın keçid mərhələsini arxada qoyduğunu çoxdan görmüş olardılar”.

Qurbanlı vurğulayıb ki, o ki qaldı vətəndaş cəmiyyəti məsələsinə, Azərbaycan vətəndaş cəmiyyəti quruculuğu istiqamətində əldə etdiyi uğurlarla MDB məkanında bəlkə də ən birinci yerdədir: “Bizim ölkəmizdə vətəndaş cəmiyyətini inkişaf etdirən və onu mökəmləndirən həm qanunvericilik bazası var, həm də maddi dəstək var. Hökumət büdcədən vətəndaş cəmiyyətinin inkişafı üçün xüsusi vəsait ayırır, müxtəlif qrantlar ayırır. Və bunun vasitəsilə vətəndaş cəmiyyətinin inkişafına təkan verib. Azərbaycan qanunları isə bunu daha da möhkəmləndirir”. Millət vəkili xatırladıb ki, bu günlərdə Milli Məcilis “İctimai iştirakçılıq haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib.
Qurbanlı bildirib ki, bu qanuna kim baxsa, burada vətəndaş cəmiyyətinin tam şəkildə maraqlarının hüquqi baxımdan yüksək səviyyədə təmin edildiyini görə bilər: “Bundan əvvəl də bir sıra qanunlar qəbul edilib. Prezidentimizin bir çox sərəncam və fərmanları vardır. Nazirlər Kabinetinin ayrı-ayrı qərarları vardır”.
Millət vəkili qeyd edib ki, əgər “Freedom House” ekspertləri Azərbaycanda bu araşdırmaları aparsaydılar, qanunvericilik bazamıza diqqətlə nəzər salsaydılar, belə açıqlamalar verməzdilər: “Belə açıqlamaların verilməsinin də başlıca səbəbi “Freedom House”un rəhbərliyində duran insanların başqa mənbələrə istinad etməsi, başqa sifarişləri yerinə yetirməsi, bu və ya digər iqtisadi maraqlar naminə hansısa qurumların alətinə çevrilməsidir”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə