Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Özünüzü yığışdırın! – Qənirə Paşayeva
Özünüzü yığışdırın! – Qənirə Paşayeva
18 İyun 2013 / 18:55 / Baxış sayı: 14
Font1 Font2 Font3 Font4
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı Azərbaycanlı bir millət vəkilinə möhkəm qəzəblənməsi haqda mediada yanlış məlumat yayanlara Qənirə Paşayevadan xəbərdarlıq gəldi. 

Millət vəkili bütün dostların diqqətinə çatdırıb ki, bəzi insanlar var ki, həyata sadəcə ona-buna pislik etmək və böhtan atmaq üçün gəlirlər. Çox təəssüf ki, hər birimiz bəzən belə insanların pisliyinə, şər-böhtanına məruz qalırıq. Bu cür adamlar elə bilirlər ki, pislik etdikləri, şər-böhtan atdıqları adamlar onların kimliyini və əməllərini bilmirlər. Sadəcə normal adamlar bu cür pislik, şər-böhtan xisləti ilə dolu insanlara cavab verib özlərini yormaq istəməzlər. Çünki belələrinin onsuz da dəyişməyəcəyini bilirlər. Haqqımda Azərbaycanda, xüsusilə Türkiyədə yalan, şər-böhtan məlumatlar yayan, müxtəlif siyasətçilərə mənim adımdan yalan məlumatlar çatdıran azərbaycanlı qadını və onun Türkiyədəki “kişi ” uzantılarını çox yaxşı tanıyıram və əməllərindən, etdiklərindən çox yaxşı xəbərdaram. Çox təəssüf ki, bəzi mədəni xəbərdarlıqlarıma baxmayaraq öz çirkin əməllərindən əl çəkmirlər. O “azərbaycanlı qadın” adlandırmaqdan belə utandığım və onun Türkiyədəki uzantılarına sonuncu dəfə xəbərdarlıq edirəm. Özünüzü yığışdırın! Bu adamlar mənim səhifəmi “lupa” ilə təqib etdiklərinə görə yəqin ki mesajımı da çox tez görəcəklər. Bu adamlar anlamırlar ki, Azərbaycanda da, Türkiyədə də sevgi və sayğını qazanmaq üçün sadəcə xoş xislətli, dürüst əməlli və səmimi millətsevər olmaq lazımdır. Onlar kimi saxtakarları artıq Azərbaycanda da, Türkiyədə də yaxşı tanıyırlar. İnsanlar içərisində olmayan hörmətlərinin başqalarına pislik, şər-böhtan atmaqla qazanmaq olmaz. Bir də unutmasınlar ki, onlardan heç bir qorxum yoxdur. İstəsəm, layiq olduqları cavabları verərəm. Amma təəssüf ki, qarşımda olan bu insanlar Allahdan qorxmayan insanlardır. Ona görə də sadəcə onlara sərf edəcəyim zamana heyfim gəlir və sonda həmin adamlara sizi Allaha tapşırıram deyirəm. Əgər içlərində bir az Allah qorxusu varsa, özlərini yığışdırarlar, əks halda layiq olduqları cavabları alacaqlar.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə