Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Obama, Putin və Olland Qarabağla bağlı birgə bəyanatla çıxış ediblər
Obama, Putin və Olland Qarabağla bağlı birgə bəyanatla çıxış ediblər
18 İyun 2013 / 23:31 / Baxış sayı: 6
Font1 Font2 Font3 Font4
ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri olan ABŞ, Rusiya və Fransanın prezidentləri “Böyük səkkizlər”in sammiti çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı birgə bəyanatla çıxış ediblər.
arxiv.bizimxeber.az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Barak Obama, Vladimir Putin və Fransua Ollandın imzaladığı bəyanatda münaqişə tərəflərinin danışıqlar prosesində problemin həllinə nail ola bilməməsindən dərin təəssüf hissi ifadə olunur: “Biz münaqişə tərəflərinin danışıqlar prosesinin gedişində hər iki tərəfin maraqlarına uyğun həll yolu tapmaq əvəzinə, birtərəfli fayda əldə etmək cəhdlərini davam etdirməsindən dərin təəssüf hissi keçirdiyimizi ifadə etmək istəyirik. Əminik ki, münaqişənin sülh yolu ilə həllinə aparacaq balanslaşdırılmış çərçivə razılaşmasının əldə olunmasının bundan sonra da gecikdirilməsi qəbuledilməzdir. Biz Ermənistan və Azərbaycan liderlərini güclərini yenilənmiş enerji ilə həlli açıq qalmış məsələlərin həllinə cəmləşdirməyə çağırırıq”.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə