Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Metroda narahatlıq yaradan hadisə
Metroda narahatlıq yaradan hadisə
19 İyun 2013 / 11:22 / Baxış sayı: 22
Font1 Font2 Font3 Font4

Dünən axşam saat 21.45 radələrində Bakı Metropoliteninin 28 May stansiyasında bədbəxt hadisə baş verib.

Hadisə yerində olan FaktXəbər əməkdaşının bildirdiyinə görə, 20-25 yaşlarında cavan oğlan qəfildən metronun relsləri üzərinə yıxılıb. Hadisə qatarın stansiyaya yaxınlaşdığı anda olub. Bundan sonra isə hadisələr film səhnələrini xatırladıb. Bələdçinin qatarın yaxınlaşmasını elan etməsini eşidən cavan oğlanlar metronun relsləri üzərinə atılaraq oğlanı oradan çıxarıblar.

Daha sonra hadisə yerinə polis əməkdaşları gəliblər. Əvvəlcə oğlanı kiminsə itələməsindən şübhələnilsə də, su içdikdən sonra özünə gələn cavan, sadəcə başının gicəlləndiyini və müvazinətini itirərək yıxıldığını deyib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə