Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ermənistan ermənilərsiz qala bilər
Ermənistan ermənilərsiz qala bilər
19 İyun 2013 / 11:41 / Baxış sayı: 16
Font1 Font2 Font3 Font4

Ermənistan tezliklə ermənilərsiz qala bilər; ölkənin birinci ombudsmanı: “Miqrasiya axını əhalinin sayını azaltmağa yönəlik cinayətkar siyasətin nəticəsidir…”

Ermənistan tezliklə ermənilərsiz qala bilər. Belə bir qənaət artıq bir sıra nüfuzlu beynəlxalq təşkilatlarında rəylərində öz əksini tapıb BMT-nin məlumatlarına görə, 2011-ci ildə Ermənistanda daimi olaraq 2,8 milyon insan yaşayıb, amma 90-cı illərdə ölkədə yaşayanların sayı 4 milyondan artıq olub.

Qonşu ölkənin politoloqları hesab edir ki, Ermənistan rəhbərliyi respublika əhalisinin azalması üçün kurs alıb (anspress). Onların fikrincə, bu gün Ermənistan hakimiyyətinin yeganə problemi var-dövlət yığmaqdır və iqtidardakılar onlar üçün mühüm olan bu tapşırığın öhdəsindən gəlmək üçün yorulmadan çalışırlar.

Qeyd edilir ki, İrəvan əhalisinin yarısı – potensial miqrantlardan ibarətdir. Bu yaxınlarda keçirilən sorğuda iştirak edən şəhər sakinlərinin 46 faizi Ermənistanı tərk etmək arzularını etiraf edib. Diqqətçəkəndir ki, potensial miqrantlar arasında gənclər üstünlük təşkil edir – 52 faiz.

Problemlə bağlı danışan Ermənistanın Sosioloq Assosiasiyasının rəhbəri Qevork Poqosyan bildirib ki, miqrasiyanın tempi günlərlə deyil, saatlarla artır. Hətta rəsmi məlumatlara görə, bu ilin 4 ayı ərzində ölkədən çıxanların sayı 2012-ci ilin analoji göstəriciləri ilə müqayisədə 10 mindən çoxdur. Əhalinin ölkəni tərk etməyə məcbur edən əsas səbəblər arasından işsizlik, cüzi əmək haqqı, gələcəyə heç bir perspektivin olmaması, ədalətsizlik və cəmiyyətin sosial təbəqələşməsidir.

Dünya Bankının məlumatına görə isə Ermənistan əhalisinin 38 faizi kasıblıq həddindən aşağı yaşayır.
Nəzərə alsaq ki, bu Cənubi Qafqaz ölkəsində doğumun sayı iki dəfə azalıb, onda BMT-nin proqnozlarına görə, 2025-ci ilə kimi Ermənistanda cəmi-cümlətanı yarım milyon insan qalacaq, çox güman ki, proqnozlar özünü doğruldacaq. Yəni Ermənistan faktiki olaraq ermənilərsiz qalacaq.

Ermənistanın sürətlə boşalması ilə bağlı ölkənin ilk ombudsmanı, “İrs” partiyasından olan sabiq deputat, erməni ictimai xadimi Larisa Alaverdyan da həyəcan təbili çalıb. İrəvanda iki gün öncə keçirdiyi mətbuat konfransında o, əminliklə söyləyib ki, “insanları Ermənistandan məqsədli şəkildə qovurlar”. Bəs hansı qüvvə bunda maraqlıdır?
Alaverdyan deyib: “Ermənistandan miqrasiya axını 90-ci illərdən başlayaraq ölkə əhalisinin sayını azaltmağa yönəlik cinayətkar siyasətin nəticəsidir. Etiraf eidlməlidir ki, Ermənistandan miqrasiya acı gerçəkdir. Bunu BMT sənədləri də təsdiqləyir. Həmin sənədlərə görə, bu gün 1.2 milyon insan Ermənistan vətəndaşı olsa da, ölkə sakini deyil”.
Sabiq insan haqları müvəkkili daha sonra Avrasiya İnkişaf Bankının apardığı tədqiqatın nəticələrinə diqqət yönəldərək deyib: “Həmin nəticələrə əsasən, miqrantlar arasında yüksək peşə hazırlığı baxımından Estoniya birinci yerdə (11.5 faiz), Ermənistan isə ikinci yerdədir (9 faiz). Sonrakı yerlərdə Latviya və Litva gəlir. Bu da o deməkdir ki, Ermənistandan ”beyin axını” güclüdür. Bütün bunlar isə öz növbəsində cəmiyyətimizdə kəmiyyətlə yanaşı keyfiyyət dəyişikliklərinə gətirir”. Onun sözlərinə görə, Ermənistandan biznesi olanlar da köç edir.

Onu da qeyd edək ki, hələ Ermənistanda son prezident seçkiləri ərəfəsi eks-prezident Levon Ter-Petrosyan belə bir aşıqlama vermişdi ki, əgər Serj Sərkisyanın birinci prezidentliyi dövründə Ermənistanı ildə 50 min adam tərk edirdisə, ikinci müddətdə bu rəqəm 100 minə çatacaq. Sitat: “Belə getsə, ölkə demoqrafik fəlakətlə üzləşəcək və dövlətçiliyini də itirib 1920-ci il dilemması ilə üz-üzə qalacaq: məhv olmamaq naminə biz sadəcə Rusiya Federasiyasının subyekti və ya assosiativ üzvü kimi bu ölkənin tərkibinə daxil olacağıq”.
Göründüyü kimi, proses tamamilə Ter-Petrosyanın bəd proqnozuna uyğun sürətdə gedir. Bu yaxınlarda ölkədə istehlakçılar üçün təbii qazın qiymətinin azca qaldırılmasına verilən ictimai reaksiya bir daha göstərdi ki, Ermənistan adlı dövlət dərin iqtisadi-sosial böhranla üzləşib və bu böhran dərinləşməkdədir.

Belə durumun başlıca səbəbi əlbəttə ki, rəsmi İrəvanın qeyri-konstruktiv və maksimalist mövqeyi üzündən Dağlıq Qarabağ məsələsinin həllinin uzanması, nəticə etibarilə düşmən ölkənin iqtisadi-kommunikasiya blokadasında qalması, onun Rusiyadan sərt enerji asılılığına düşməsidir. Bax, əsl cinayətkar siyasət də budur.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə