Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

MMC direktoru külli miqdarda pul mənimsəyib
MMC direktoru külli miqdarda pul mənimsəyib
19 İyun 2013 / 15:48 / Baxış sayı: 28
Font1 Font2 Font3 Font4

Baş Prokurorluq külli miqdarda pul mənimsəmiş vəzifəli şəxs barəsində məlumat yayıb. Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən aparılmış araşdırmalarla “Törnist Konstrakşn” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Ceyhun Quliyevin cəmiyyətə məxsus külli miqdarda pul vəsaitini mənimsəməsi faktları aşkar olunub. Müəyyən edilib ki, C.Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif banklardan, habelə cəmiyyətin hesablaşma hesablarından nağd şəkildə çıxarılmış 419.0 min manat məbləğində pul vəsaitini müəssisənin xəzinəsinə mədaxil etməyərək mənimsəmiş və bununla cəmiyyətə külli miqdarda ziyan vurub.

Fakta görə Cinayət Məcəlləsinin 179.2.3 (mənimsəmə, külli miqdarda törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə