Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Baş Prokurorluq Vano Merabişvili ilə əlaqədar açıqlama yaydı
Baş Prokurorluq Vano Merabişvili ilə əlaqədar açıqlama yaydı
19 İyun 2013 / 19:03 / Baxış sayı: 18
Font1 Font2 Font3 Font4
Azərbaycanın Baş Prokurorluğu onlara Gürcüstanın Baş Prokurorluğundan vəsatət daxil olması barədə yayılan məlumatlara münasibət bildirib.
Qurumun mətbuat xidmətindən arxiv.bizimxeber.az-a verilən məlumata görə, son günlər bəzi kütləvi informasiya vasitələrində Gürcüstan Baş Prokurorluğu tərəfindən guya həmin ölkənin sabiq baş naziri barəsində aparılan araşdırmalarla əlaqədar hüquqi yardım göstərilməsi üçün Azərbaycan Respublikası Prokurorluğuna vəsatətin göndərilməsi barədə məlumatlar yayılıb.
Bununla əlaqədar bildiririk ki, həmin informasiyalar həqiqəti əks etdirmir və qeyd edilənlərlə bağlı hüquqi yardımın göstərilməsinə dair Azərbaycan tərəfinə hər hansı bir sorğu və ya vəsatət daxil olmayıb.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinə qeyri-rəsmi mənbələrə istinad etməklə və real faktlara  söykənməyən sensasiya xatirinə yazılmış məlumatların düzgünlüyünü həmin məlumatları dərc etməzdən əvvəl aidiyyəti dövlət qurumlarının, o cümlədən hüquq mühafizə orqanlarının mətbuat xidmətləri ilə dəqiqləşdirmək tövsiyə edilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə