Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sonuncu buraxılış imtahanlarının nəticələri açıqlanıb
Sonuncu buraxılış imtahanlarının nəticələri açıqlanıb
19 İyun 2013 / 19:06 / Baxış sayı: 6
Font1 Font2 Font3 Font4
İyunun 17-də Xızı, Şamaxı, Qobustan, Mingəçevr, Şəki, Zaqatala, Balakən, Qəbələ, Qax, Oğuz, İsmayıllı, Ağsu, Şirvan, Hacqabul, Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının orta ümumtəhsil müəssisələrində keçirilən buraxılış imtahanlarının nəticələri açıqlanıb.
arxiv.bizimxeber.az-ın məlumatına görə, nəticələrTələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) internet saytında yerləşdirilib. Şagirdlər imtahan nəticələri ilə yanaşı, cavab kartlarının qrafik təsviri ilə də tanış ola bilərlər.Qeyd olunan rayonlarla yanaşı, TQDK valideyin himayəsindən məhrum olmuş uşaqlar üçün internat məkdəblərində, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəblərində, tədris ingilis və gürcü dillərində olan orta məktəblərdə, Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbində, Respublika Olimpiya İdman liseyində, Bakı Xoreoqrafiya məktəbində, Penitensiar xidmətin tərbiyə müəssisələrində keçirdiyi buraxılış imtahanlarının da nəticələrini açıqlayıb.Bu imtahanlarda iştirak etmiş hər bir şagird test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumatı Komissiyanın internet saytı ilə yanaşı, Azercell, Bakcell və Nar Mobile nömrələrindən mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənə bilər.

Ümumi orta təhsil bazasında (9 illik ) keçirilmiş buraxılış imtahanında Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə