Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Amnistiya aktı 5800-dən çox məhkuma şamil olunub
Amnistiya aktı 5800-dən çox məhkuma şamil olunub
19 İyun 2013 / 19:09 / Baxış sayı: 24
Font1 Font2 Font3 Font4
Azərbaycanda Amnistiya Aktının icrası davam etdirilir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən arxiv.bizimxeber.az-a verilən məlumata görə, mayın 7-də Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə Parlament tərəfindən qəbul edilmiş “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarla 9000-dən çox şəxsin müxtəlif cəzalardan azad olunması gözlənir. Bununla əlaqədar Ədliyyə Nazirliyi tərəfindən Amnistiya aktının vaxtında və düzgün icrası xüsusi diqqətdə saxlanılaraq bütün zəruri tədbirlər görülüb, nazirliyin məsul əməkdaşlarından ibarət qruplar tərəfindən təxirə salınmadan qərarın icrasına başlanılıb.
Amnistiya qərarının icrası gündəlik olaraq davamlı şəkildə həyata keçirilir və bu prosesdə şəffaflığın və aşkarlığın tam təmin olunması, ictimaiyyətin məlumatlandırılması məqsədilə məhkumların qohumları və yaxınları, vətəndaş cəmiyyətinin, qeyri-hökumət təşkilatlarının, o cümlədən ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai komitənin üzvləri, ombudsmanın, habelə kütləvi informasiya vasitələrinin nümayəndələri yaxından iştirak ediblər.

Humanist aktın icrası üzrə görülən işlər ümumiləşdirilərək müəyyən edilib ki, qərarın qəbul olunmasından bu günədək 5800-dən çox məhkum barəsində amnistiya aktı tətbiq olunub, onlardan 1700-dən çoxu cəzaçəkmə müəssisələrindən azadlığa buraxılıb, 114 məhkumun cəzasının qalan hissəsi 6 ay azaldılıb, eyni zamanda, icra xidmətinin ayrı-ayrı yerli qurumları tərəfindən 4000-dən çox şəxs ictimai və islah işləri, cərimə və digər cəza növlərindən azad ediliblər.

Hazırda amnistiya aktının icrası davam edir və bu humanist qərarın ictimai əhəmiyyəti nəzərə alınaraq Ədliyyə Nazirliyi tərəfindən şəffaflıq və aşkarlıq prinsipləri rəhbər tutulmaqla aktın icrası ilə bağlı məlumatların dəqiq və obyektiv şəkildə ictimaiyyətə çatdırılması bundan sonra da təmin ediləcək.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə