Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rusiyanın 5 ən yaxın dostundan biri – Azərbaycan
Rusiyanın 5 ən yaxın dostundan biri  – Azərbaycan
19 İyun 2013 / 19:36 / Baxış sayı: 24
Font1 Font2 Font3 Font4

Rusiyaya 5 ən yaxın dost dövlət hansıdır?

Bu suala cavabda Rusiyada rəyi soruşulanların 8 faizi Azərbaycanın da adını çəkib.

Levada Mərkəzi bu sorğunu 2005-ci ildən keçirir. Bu illər ərzində sorğularda Azərbaycanı dost sayanlar 5-10 faiz arası olub.
2005-ci ildə Rusiyada cəmi 5 faiz demişdi ki, Azərbaycan Rusiyaya 5 ən yaxın dost ölkədən biridir. 2009-cu ildə isə belə düşünənlər 10 faiz olub.

Rusiyanın 45 regionunda keçirilən indiki sorğuda Azərbaycan Rusiyaya dost ölkələr sırasında 9-cu yerdədir. Maraqlıdır ki, Almaniyanı Rusiyaya dost hesab edənlər 14 faizdir. 12 faiz isə Ermənistanı Rusiyaya 5 ən yaxın dostdan biri hesab edir.

Azərbaycan Rusiyaya düşmən gözü ilə baxan ölkələr sırasında da var. Azərbaycan 3 ölkədən biridir ki, sorğuda həm Rusiyanın dostları, həm də düşmənləri siyahısına düşüb. “Rusiyaya ən düşmən münasibət bəsləyən 5 ölkə hansıdır” sualına cavabda 3 faiz Azərbaycanın adını çəkib. Hər iki siyahıya düşən digər 2 ölkə Çin və Ukraynadır. Çini 20 faiz dost, 5 faiz düşmən sayır. Ukraynanı dost sayanlar 16 faiz, düşmən bilənlər 11 faizdir.

Rusiyaya ən düşmən ölkələr sırasında birinci yerə ABŞ-ı qoyublar- 38 faiz. 2-ci yerdə Gürcüstandır. 33 faiz rusiyalı Gürcüstanı Rusiyaya düşmən sayır. Sonrakı yerlərdə Baltik 3-lüyü gəlir- Latviya, Litva, Estoniya.

“Bəs siz ABŞ-a necə münasibət bəsləyirsiniz” sualına cavabda 5 faiz deyib ki, “çox yaxşı”, 46 faiz – “yaxşı”. 5 faiz ABŞ-a “çox pis” baxır, 33 faiz isə “pis”. Avropa Birliyinə münasibət ABŞ-a münasibətdən yaxşıdır- 6 faiz AB-yə “çox yaxşı” baxır, 55 faiz faiz – “yaxşı”.
Rusiya Qərblə münasibətləıri möhkəmləndirməlidir yoxsa məsafə saxlamalıdır? sualına cavabda 71 faiz əməkdaşlığa tərəfdar olub, 16 faiz – uzaq durmağa.

Və nəhayət, müsəlman dünyasına münasibətdə, 30 faiz deyib ki, Rusiya müsəlman dünyasından məsafə saxlamalıdır. Keçən il bunlar 25 faiz idi. 51 faiz isə əksinə, fikirləşir ki, Rusiya müsəlman dünyası ilə qarşılıqlı faydalı əməkdaşlıq etməlidir. 51 faiz yüksək olsa da, dinamika mənfidir. Keçən il Rusiyanın müsəlman dünyası ilə əməkdaşlığına tərəfdar olanlar 64 faiz idi. 2010-cu ildə isə hətta 67 faizə qalxmışdı.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə