Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

BMT-nin baş katibinin qaçqınlar günü münasibəti ilə müraciəti
BMT-nin baş katibinin qaçqınlar günü münasibəti ilə müraciəti
20 İyun 2013 / 11:23 / Baxış sayı: 20
Font1 Font2 Font3 Font4

“Dünyada məcburi köçkünlərin sayı getdikcə artmaqdadır. Hal-hazırda dünyada 45 milyondan çox qaçqın və məcburi köçkün var – bu, son 20 ildə müşahidə edilən ən böyük göstəricidir. Təkcə keçən il hər dörd saniyədə bir nəfər evini tərk etmək məcburiyyətində qalıb”. Bu barədə BMT-nin baş katibi Pan Gi Munun Ümumdünya qaçqınlar günü münasibəti ilə yaydığı müraciətdə bildirilib.

BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya daxil olan müraciətdə bildirilib ki, Suriyadakı böhranla müharibələr hələ də qaçqın və məcburi köçkünlərin sayının artmasının başlıca səbəbi olmaqda davam edir: “BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının yeni hesabatında qeyd edilən qaçqınların yarıdan çoxu məhz beş müharibə gedən ölkədəndir: Əfqanıstan, Somali, İraq, Suriya və Sudan. Hal-hazırda Mali, Konqo demokratik Respublikası və Sudanda yeni böyük yerdəyişmələr müşahidə edilməkdədir. Rəqəmlər bu dəhşətli insan faciəsinin sadəcə çox kiçik bir hissəsidir. Hər gün münaqişələr minlərlə ailələri həyatlarını məhv edir. Ailələr bəzən sevdikləri insanlardan , bəzən isə müharibə xaosundan bir-birlərindən ayrı düşürlər. Bundan isə ən çox uşaqlar əziyyət çəkirlər. Qaçqınların demək olar ki, yarısı 18 yaşa çatmayan uşaqlardı və getdikcə daha çox uşaq tək başına qaçmağa məcbur olur.  Məcburi yerdəyişmənin qaçqınlara sığınacaq verən icmalara nəzərə çarpacaq dərəcədə iqtisadi, sosial və bəzən siyasi təsirləri olur.  Evlərindən didərgin düşmüş qaçqınların böyük əksəriyyətinə sığınacaq verən yoxsul ölkələr getdikcə daha çox və dərin problemlər qarşısında qalırlar. Hal-hazırda inkişaf etməkdə olan ölkələr dünya qaçqınlarının 81 faizinə ev sahibliyi etdikləri halda, bu göstərici 10 il əvvəl 70 faiz idi. Evlərindən didərgin düşmüş insanlar üçün davamlı həll yollarının tapılması beynəlxalq ictimaiyyətin daha çox birlik nümayiş etdirməsi və bu ağırlığı birgə çəkməyə hazır olması vacibdir. Ümumdünya Qaçqınlar Günüdə mən beynəlxalq ictimaiyyəti münaqişələrin qarşısını almaq və həll etmək istiqamətində səylərini artırmağa və ailələrin yenidən birləşməsi və qaçqınların evlərinə qayıtmaları naminə sülh və təhlükəsizliyə nail olmağa yardım etməyə səsləyirəm”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə