Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Leysan yağacaq
Leysan yağacaq
20 İyun 2013 / 13:37 / Baxış sayı: 16
Font1 Font2 Font3 Font4

İyunun 21-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, fasilələrlə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan arxiv.bizimxeber.az-a verilən məlumata görə, şimal-qərb küləyi günün ikinci yarısından mülayimləşəcək. Havanın temperaturunun gecə 17-22 dərəcə, gündüz 24-28 dərəcə isti olacağı gözlənilir.

Rayonlarda iyunun 21-də şimşək çaxacaq, arabir yağış yağacaq. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək. Temperatur gecə 17-22 dərəcə, gündüz 26-31 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə, gündüz 14-19 dərəcə isti olacaq.

Hava şəraitinin iyunun 22-də gündüzdən başlayaraq mülayimləşəcəyi gözlənilir. Son günlər respublikada müşayiət olunan hava şəraiti atmosfer təzyiqi sahəsinin dəyişməsi ilə əlaqədardır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə