Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Şeyx Ruhanini təbrik etdi
Şeyx Ruhanini təbrik etdi
20 İyun 2013 / 13:43 / Baxış sayı: 8
Font1 Font2 Font3 Font4
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə İranın yeni seçilən prezidenti Həsən Ruhaniyə məktub göndərib.
QMİ-dən arxiv.bizimxeber.az-a verilən məlumata görə, A. Paşazadə H. Ruhanini prezident seçilməsi münasibətilə təbrik edir. O, İranın yeni prezidentini dini dəyərlərin və İran xalqının hüquqlarının qorunmasında təcrübəli siyasətçi kimi xarakterizə edir: “Biz əminik ki, sizin təcrübə və xüsusi ehtiyatlılığınız İran İslam Respublikasının daha da inkişaf və uğurlara nail olmasına və beynəlxalq arenada İranın mövqeyini gücləndirməsinə kömək edəcək”.A. Paşazadə H. Ruhaninin İran və Azərbaycan xalqları, hökumətləri arasında dostluq və qardaşlıq əlaqələrinin inkişafı üçün səylərini əsirgəməyəcəyinə, həmrəylik gücləndirməyə ümidvar olduğunu bildirib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə