Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bülent Arınc istefa verib?
Bülent Arınc istefa verib?
20 İyun 2013 / 14:11 / Baxış sayı: 6
Font1 Font2 Font3 Font4

Türkiyə mətbuatında baş nazirin müavini Bülent Arıncın istefa verməsi ilə bağlı xəbər yayılıb. “Qafqazinfo”nun “Taraf” qəzetinə istinadən verdiyi xəbərə görə, Nazirlər Kabinetinin ötən həftə Gezi parkı ilə bağlı keçirdiyi toplantıda Arıncın istefa qərarı verdiyi, lakin prezident Gülün araya girməsindən sonra qərarından imtina etdiyi deyilir.

Xəbərdə bildirilir ki, toplantı zamanı Arınçla baş nazir Ərdoğan arasında böyük bir mübahisə yaşanıb. Mübahisədən sonra Arınc həm nazirlikdən, həm də partiyadan istefa etdiyini açıqlayıb və toplantını tərk edib.
Digər nazirlərin dəhlizdə onu qərarından vaz keçirmək cəhdləri baş tutmayınca prezident Gül prosesə müdaxilə edib. Gülün cəhdləri nəticə verib və Arınc qərarını dəyişib.
Məlumata görə, Arıncın Gezi olayları ilə bağlı  ilk olaraq prezident Güllə görüşməsi, daha sonra nümayişçilərdən üzr istəməsi, verilən mesajı aldıqlarını açıqlaması, lazım gələrsə referenduma gedə biləcəklərini deməsi baş nazir Ərdoğanı narahat edib.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə