Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Avropa Məhkəməsindən Azərbaycanla bağlı daha bir qərar
Avropa Məhkəməsindən Azərbaycanla bağlı daha bir qərar
20 İyun 2013 / 15:12 / Baxış sayı: 16
Font1 Font2 Font3 Font4

Bu gün Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycan vətəndaşı Rizvan Əbdülqadirovun işi üzrə qərarını açıqlayıb.

APA-nın AİHM-in mətbuat xidmətinə istinadən xəbərinə görə, R. Əbdülqadirov ədalətli məhkəmə araşdırması və hüquqi yardım seçmək hüquqlarının pozulduğunu iddia edərək AİHM-ə müraciət edib. O, Apellyasiya və Ali məhkəmələrdə işi üzrə keçirilən dinləmələrdə iştirakına şərait yaradılmadığını bildirib. Avropa İnsan Haqları Məhkəməsi onun iddiasını təmin edib və R. Əbdülqadirova mənəvi ziyana görə 2.400 avro, məhkəmə xərclərinə görə 1.000 avro təzminat ödənməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, 1958-ci il təvəllüdlü Bakı sakini R. Əbdülqadirov 2004-cü ilin sentyabrında terrorçu qruplaşma ilə əlaqələrdə şübhəli bilinərək həbs edilib.

Məhkəmə onu qanunsuz silah saxlamaqda təqsirli bilərək 3 il müddətinə azadlıqdan məhrum edib. Ali Məhkəmə bu qərarı qüvvədə saxlayıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə