Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

MTN saxta valyuta satanları yaxaladı
MTN saxta valyuta satanları yaxaladı
20 İyun 2013 / 15:15 / Baxış sayı: 24
Font1 Font2 Font3 Font4
Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində ölkənin maliyyə-pul sisteminə ciddi təhlükə yaradan saxta ödəniş vasitələrinin qeyri-qanuni tədavülə buraxılmasının qarşısı alınıb.

MTN-in İctimai əlaqələr mərkəzindən arxiv.bizimxeber.az-a verilən məlumatda bildirilir ki, Azərbaycan Respublikasının vətəndaşı Ağasənov Çingiz Müseyib oğlu cinayət başında yaxalanıb.

Müəyyən edilib ki, Çingiz Ağasənov və qeyriləri satış məqsədi ilə Türkiyə Respublikasında əldə etdikləri külli miqdarda saxta xarici valyutanı satış məqsədi ilə Azərbaycan Respublikasına gətiriblər. Çingiz Ağasənovun yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsindəki evinə keçirilmiş baxış nəticəsində 137 ədəd saxta 100 ABŞ dolları əsginasları aşkar edilərək götürülüb.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.3.2-ci (satış məqsədilə külli miqdarda saxta xarici valyuta əldə etmə və ya satma) maddəsi ilə cinayət işi başlanılıb. Ağasənov Çingiz Müseyib oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə