Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Müsavat Partiyası başqa bir namizəd irəli sürücək”
“Müsavat Partiyası başqa bir namizəd irəli sürücək”
20 İyun 2013 / 16:26 / Baxış sayı: 20
Font1 Font2 Font3 Font4

Xəbər verdiyimiz kimi  Milli Şuranın yaradıcılarından olan Müsavat başqanı İsa Qəmbər deyib ki, Demokratik Qüvvələrin Milli Şurasının 2 illik keçid dövrü üçün vahid namizədi olmaq fikri yoxdur. Müsavat başqanı Rüstəm İbrahimbəyovun namizədliyini dəstəkləyəcəyini ifadə edib.

İsa Qəmbərin Rüstəm İbrahimbəyovun namizədliyini müdafiə edən açıqlamasına Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı münasibət bildirib. musavat.com-a fikirlərini açıqlayan Arif Hacılı bildirib ki, İsa Qəmbər Müsavat Partiyasının prezidentliyə namizədinin Rüstəm İbrahimbəyov olduğunu deməyib: “İsa Qəmbər bildirib ki, 2 illik keçid dövrü üçün vahid namizəd kimi irəli sürülməsi konsepsiyası var və Müsavat Partiyasının da bu meyarlara cavab verən prioritet namizədi Rüstəm İbrahimbəyov ola bilər. Yəni bu, nəzəri bir fikirdir. Müsavat Partiyası İsa Qəmbərin namizədliyini irəli sürüb. Əgər İsa Qəmbər prezidentliyə öz namizədliyini 2013-cü il seçkilərində irəli sürməyəcəksə, Müsavat Partiyası bu məsələni müzakirə edərək başqa bir namizəd irəli sürəcək. Bu namizəd Müsavat Partiyasının üzvlərindən biri də ola bilər, Müsavatın üzvü olmayan şəxs də ola bilər. Ancaq bunu Müsavat Partiyası özü müəyyən edəcək”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə