Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İyunun 25-i əlavə buraxılış imtahanıdır
İyunun 25-i əlavə buraxılış imtahanıdır
20 İyun 2013 / 16:33 / Baxış sayı: 12
Font1 Font2 Font3 Font4
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Şəhər (rayon) təhsil şöbələrinə müraciət edib.

TQDK-nın mətbuat xidmətindən Bzimxeber.az-a verilən məlumata görə, ümumi orta və tam orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vurmuş, lakin müxtəlif səbəblərə görə yekun attestasiyası aparılmamış, eləcədə eksternat qaydasında attestasiyada iştirak etmək üçün bu il təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsi tərəfindən qərar qəbul edilmiş şagirdlər üçün iyunun 25-də buraxılış imtahanı keçiriləcək.

“Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti qaydaları”nda dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qərarına əsasən, ümumi orta və tam orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vuran, lakin buraxılış imtahanında iştirak etməyən və ya buraxılış imtahanında ən azı bir fəndən 2 qiymət alan şagirdlər üçün təkrar buraxılış imtahanları keçirilməyəcək.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə