Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycan BMT-yə müraciət edəcək
Azərbaycan BMT-yə müraciət edəcək
20 İyun 2013 / 17:18 / Baxış sayı: 16
Font1 Font2 Font3 Font4

Ermənistanın özü, onu müdafiə edən ölkələr, Ermənistana yardım edən, onu müdafiə edən beynəlxalq təşkilatlarda da artıq belə fikir formalaşıb ki, Dağlıq Qarabağ probleminin həllinə nail olmaq lazımdır. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

Ə. Həsənov qeyd edib ki, əgər bu günlərdə “Böyük səkkizlik” (G8) ölkələrinin rəhbərləri toplanıb bir yerdə dünyanın qlobal problemlərini müzakirə edərkən, onun həlli yollarını axtararkən,   Dağlıq Qarabağ münaqişəsinə diqqət yetirirlərsə, bu bir daha onu göstərir ki, bu, bütün dünya üçün problemdir, fəlakətdir: “Nəhayət, demək olar ki, dünya ölkələri, xüsusilə həmsədr ölkələrin rəhbərləri artıq dərk edirlər ki, bu problemin həlli tapılmasa, qısa müddətə həll olunmasa, bu, dünyəvi bir fəlakətə və dünya üçün çox qorxulu bir problemə çevrilə bilər”.

Baş nazirin müavini bildirib ki, Azərbaycanın işğal olunmuş ərzilərində narkotik əkilir, satılır, bu ərazilər Əfqanıstan narkotikinin beynəlxalq tranzit marşrutuna çevrilib: “O ərazilərdə terror qrupları formalaşdırılıb və dünyanın müxtəlif konflikt zonalarına göndərilir. Bundan müəyyən vəsait qazanırlar. Bu yaxınlarda Milli Təhlükəsizlik Nazirliyi tərəfindən narkotikləri daşıyan bir neçə şəxsi saxlanılıb. Onlar özləri etiraf ediblər ki, bu orada əkilib, becərilən narkotikdir. 1998-ci ildən Azərbaycan Prezidenti, hökuməti bu problemi beynəlxalq tədbirlərdə qaldırıb və bildirilib ki, həmin ərazilərdə belə hallar, faktlar var. Bu bir daha onu göstərir ki, dünyanın özündə də bu cür faktlara haradasa biganəlik var. Bu biganəlik özü də gələcəkdə həmin dövlətlərin özü üçün ciddi bir problemə gətirib çıxara bilər. Həmin problemlə bağlı BMT-nin narkotiklərlə məşğul olan idarəsinə bu yaxınlarda yenə bir müraciət göndərəcəyik”.

Ə. Həsənov qeyd edib ki, nəhayət, bu müraciətə diqqət yetiriləcək: “Həmin müraciətimizdə qeyd edəcəyik ki, orada monitorinq aparılsın və bu, birdəfəlik BMT-nin sənədlərində öz əksini tapsın. Bu gün ölkədə olan 1 milyon 200 min qaçqına səbr diləyirəm, hesab edirəm ki, Azərbaycan Preizdenti bu problemin həllinə nail olacaqdır. Onlar ağır şəraitlərdə yaşayıblar. Azərbaycan hökuməti çalışır ki, öz doğma yurdlarına qayıdana qədər, müvəqqəti də olsa, onların həyat şəraiti yaxşılaşdırılsın, rahat mənzillərdə yaşasınlar. Biz hesab edirik ki, bu mütləq baş verəcəkdir”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə