Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ümumdünya Qaçqınlar Günü Bakıda qeyd edildi
Ümumdünya Qaçqınlar Günü Bakıda qeyd edildi
20 İyun 2013 / 17:30 / Baxış sayı: 22
Font1 Font2 Font3 Font4
Bakıda 20 İyun – Ümumdünya Qaçqınlar Günü münasibətilə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi tərəfindən tədbir keçirilib. arxiv.bizimxeber.az-ın məlumatına görə, tədbirdə Azərbaycan baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan üzrə nümayəndəsi Daq Siqurdson, deputatlar, ekspertlər, müxtəlif münaqişə bölgələrindən olan və Azərbaycanda yaşayan qaçqınlar iştirak ediblər.

Tədbirdə çıxış edən D. Siqurdson əsasən Suriya böhranına toxunub. O bildirib ki, hazırda Suriya böhranına görə qaçqın və məcburi köçkünlərin sayı 1994-cü ildən indiyədək olan dövrdə ən yüksək həddə çatıb: “18 yaşdan aşağı uşaqlar bütün qaçqınların 46 faizini təşkil edir. Ötən il ərzində rekord göstərici olaraq sığınacaq istənilməsi ilə əlaqədar 21 300 müraciət valideynlərindən ayrı düşmüş uşaqlar tərəfindən təqdim olunub”.

Əli Həsənov isə çıxışında qeyd edib ki, BMT Ümumdünya Qaçqınlar Gününü keçirməklə dünya ictimaiyyətinin diqqətinə çatdırır ki, bu problem dözülməz bir problemdir: “Buna baxmayaraq, təəssüflər olsun ki, biz gözlədiklərimizin əksini görürük. Yəni dünyada qaçqın və məcburi köçkünlərin sayı artmaqdadır. Azərbaycanda hazırda bir milyondan artıq qaçqın və məcburi köçkün var. Yəni ölkəmizin əhalisinin sayı artdıqca ona nisbətdə qaçqın və məcburi köçkünlərimizin də sayı artır. Azərbaycan dövləti bu gün qaçqın və məcburi köçkünlərini sosial təminatını yaxşılaşdırır”.

Ə. Həsənovun sözlərinə görə, Dövlət Neft Fondunun vəsaiti hesabına məcburi köçkünlərin 151 min nəfəri mənzillərə köçürülüb: “Bu proses sülh bərqərar olunana qədər davam edəcək. Müharibə vaxtı Azərbaycana dəymiş ziyan hesablanır və bu proses başa çatmaq üzrədir. Ermənistan bilməlidir ki, beynəlxalq qiymətləndirmə başa çatdıqdan sonra Azərbaycan bunu ondan tələb edəcək. Bu təzminatı erməni xalqı ödəməlidir. Bu məsələ onları ciddi düşündürməlidir”.

Tədbirdə Suriyadakı mövcud vəziyyətlə bağlı qısametrajlı film nümayiş olunub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə