Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İranın yeni prezidenti azərbaycanlılara vədlər verdi
İranın yeni prezidenti azərbaycanlılara vədlər verdi
21 İyun 2013 / 0:52 / Baxış sayı: 22
Font1 Font2 Font3 Font4

Həsən Ruhani: “Azərbaycan qeyrət simvoludur”

İran İslam Respublikasının ali dini lideri Əli Xameneyinin nəzarət etdiyi İran Müşahidə Şurası iyunun 14-ü keçirilən prezident seçkilərində qalib gəlmiş Həsən Ruhaninin qələbəsini təsdiq edib. Bu barədə “Fars” Xəbər Agentliyi məlumat verib. İranın Daxili İşlər Nazirliyinin məlumatına görə, Müşahidə Şurası seçkilərin keçirilmə prosesini araşdırıb və səslərin yenidən sayılması üçün heç bir əsasın olmadığını bəyan edib. Səsvermədə seçki hüqüqu olan 50 milyondan çox vətəndaşın 36,7 milyonu, yəni 72,7 faizi iştirak edib.

İranın yeni seçilmiş prezidenti Həsən Ruhaninin rəhbərliyi dövründə İranın qərb dövlətləri ilə, eləcə də Azərbaycanla münasibətlərində yumşalma hiss olunacaq. Milli Məclisin İran-Azərbaycan Dostluq Qrupunun üzvləri hesab edirlər ki, Həsən Ruhani daha mütərəqqi, liberal islahatçı görüşə sahib siyasətçi təəssüratı bağışlayır. Millət vəkili Fazil Mustafanın sözlərinə görə, Həsən Ruhaninin seçki qabağı təbliğat kampaniyası zamanı da verdiyi vədlərdən ehtimal edilir ki, o, daha yumşaq siyasət yürüdəcək: “Korrektlər ola bilər, bəyanatlarda yumşalma ola bilər, sərhədyanı əlaqələrdə liberal münasibət ola bilər”.

İran-Azərbaycan Dostluq Qrupunun üzvü Eldar İbrahimov hesab edir ki, Mahmud Əhmədinejatın hakimiyyəti illərində bəzi qüvvələr İranla Azərbaycan münasibətlərini pozmağa çalışıblar, lakin Həsən Ruhaninin dövründə bu münasibətləri korlamaq asan olmayacaq. Eldar İbrahimov düşünür ki, Həsən Ruhaninin çıxışlarından da görünür ki, o, həm qərb ölkələri ilə, həm də qonşuları ilə mehriban siyasət yürütmək niyyətindədir.

Qeyd edək ki, Həsən Ruhani təbliğat kampaniyası zamanı azərbaycanlılara da müəyyən vədlər verib. O, azərbaycanlılar da daxil olmaqla, başqa etnik azlıqların ana dilində təhsilinə imkan yaradılacağına söz verib. Həsən Ruhaninin planında Urmiyə gölündəki ekoloji vəziyyətin düzəldilməsi də var. Ruhani prezident seçkisindən iki gün öncə Təbrizdə çıxış edərək bu şəhərdə “Azəri mədəniyyət evi” təsis ediləcəyini də bildirib. O, Təbrizdəki çıxışında tez-tez “Azərbaycan İranın başıdır”, “Azərbaycan İranın mədəniyyət beşiyidir”, “Azərbaycan qeyrət simvoludur” kimi fikirlər səsləndirib.

O, ABŞ-la 1979-cu ildə Tehranda Amerika Səfirliyi əməkdaşlarının girov götürüldükdən sonra pozulmuş münasibətləri bərpa etməyə çağırıb. Ruhani Məhəmməd Xatəminin prezidentliyi dövründə nüvə problemi üzrə danışıqlarda İranı təmsil edib və onun danışıqlar apardığı dövrdə rəsmi Tehran və qərb arasında müəyyən yumşalmanın olduğu bildirilir. O, prezident Əhmədinejadı açıq tənqid edərək, onun “məsuliyyətsiz və düşünülməmiş mülahizələri” ölkəyə baha oturduğunu bəyan etmişdi.

Ruhani 2001-ci ildə Bakıya da səfər edib və yüksək səviyyəli görüşlər keçirib. Görüşlərdə Həsən Ruhani İran tərəfinin Qarabağ münaqişəsinin həllinə vasitəçilik etməyə hazır olduğunu bildirmişdi.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə