Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“1915-ci ildə Osmanlıda 1,5 milyon erməni öldürülməyib”
“1915-ci ildə Osmanlıda 1,5 milyon erməni öldürülməyib”
21 İyun 2013 / 10:46 / Baxış sayı: 10
Font1 Font2 Font3 Font4

“1915-ci ildə Osmanlı imperiyasında 1,5 milyon erməni öldürülməyib, çünki həmin dövrdə ermənilərin ümumi sayı 1,5 milyon nəfər olub”.

APA-nın verdiyi məlumata görə, bunu rusiyalı tanınmış türkoloq alim, Moskva Dövlət Universiteti yanında Asya və Afrika Araşdırmalar İnstitutunun direktoru Mixail Meyer deyib. “Rossiya Kultura” televiziya kanalında yayımlanan “Türk marşı” proqramına qonaq olan Mixail Meyer və Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Türkiyə bölümümün direktoru Natalya Ulçenko Türkiyə-Rusiya münasibətlərini müzakirə edərkən Ermənistan-Türkiyə münasibətlərinə də toxunublar.

“Osmanlı imperiyası zamanı 1,5 milyon erməni öldürüldümü?” sualına Mixail Meyer belə cavab verib: “Bu bizim ümumi problemimizdir. Çünki 1915-ci ildə Osmanlıda yaşayan erməni əhalisinin ümumi sayı 1,5 milyon nəfər olub. Məncə, 1,5 milyondan bəhs etmək doğru deyil. Bundan başqa çoxlu insanın güllə ilə və ya kəsilərək öldürüldüyünü demək düzgün deyil. Çünki, ermənilərin çoxu sürgün vaxtı həyatlarını itiriblər”.

Proqram efirdə yayımlandıqdan sonra Rusiyadakı erməni lobbisi Mixail Meyerə qarşı hücuma keçib. Belə ki, erməni diasporu Rusiya dövlətinin erməni soyqırımını iki dəfə tanıdığını və Mixail Meyerin dövlətin qərarını tanımadığını bildirib. Erməni lobbisi Rusiya və Ermənistan ictimai təşkilatlarını Meyerə qarşı sərt münasibət bildirməyə çağırıb. Ermənilər “Rossiya Kultura” telekanalının rəhbərliyinə də hədə qorxu gəlməyə başlayıblar. Onlar Mixail Meyerin iddialarını yalanlayacaq bir proqramın yayımlanmasını tələb ediblər. Erməni lobbisi Rusiya Dövlət Dumasından “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyəti daşıması ilə bağlı qanun layihəsinin qəbul olunmasını tələb edib.

Qeyd edək ki, Mixail Meyer Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov başda olmaqla bir çox tanınmış şəxslərin müəllimi olaraq da tanınır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə