Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nazim İbrahimov diaspordan danışdı
Nazim İbrahimov diaspordan danışdı
21 İyun 2013 / 11:25 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

“Azərbaycanlıların dünyanın heç bir ölkəsində problemi yoxdur. Biz artıq bu yanaşma tərzini dəyişməliyik”. APA-nın məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov jurnalistlərə açıqlamasında Ukrayna və Rusiyadakı Azərbaycan diasporunda baş verən parçalanmaya münasibət bildirərəkən deyib.

O, qeyd edib ki, yüz minlərlə azərbaycanlının yaşadığı bir ölkədə çoxlu təşkilatları, fikir ayrılığı, eyni zamanda müxtəlif yanaşmaları da ola bilər: “Əsas məsələ odur ki, oradakı fəal, tanınmış hər bir azərbaycanlı Azərbaycan dövlətinin yanında olsun, Azərbaycan prezidentinin siyasətini dəstəkləsin və Azərbaycanın dünyada tanınması istiqamətində işləsinlər. Yalnız Azərbaycana işləsinlər, haqq səsimizin dünyada tanınmasına çalışsınlar”. Komitə sədri bildirib ki, o insanlar müxtəlif istiqamətdə işləsələr də, Azərbaycan ətrafında birləşməlidirlər: “Fikir ayrılığı labüddür. Düşünürəm ki, fikir ayrılığı onlara rəqabət şəraitində işləməyə şərait yaradacaq”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə