Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İcra başçısı sabiq başçını məhkəməyə verdi
İcra başçısı sabiq başçını məhkəməyə verdi
21 İyun 2013 / 14:51 / Baxış sayı: 22
Font1 Font2 Font3 Font4

Səbəb ikincinin birincini mətbuatda tənqid etməsi, birinicinin isə bunu təhqir saymasıdır

İmişli rayon İH-nin hazırkı başçısı Vilyam Hacıyev rayonun keçmiş icra başçısı, 2005-2010-cu illərdə bu rayondan Milli Məclisin deputatı olmuş İltizam Əkbərlini məhkəməyə verib.

İcra başçısının məhkəməyə müraciət etməsinin səbəbi “Yeni Müsavat” qəzetinin 12.04.2013-cü il tarixli sayında dərc olunan “Sabiq deputatdan ica başçısına sərt ittihamlar” adlı yazı olub. İcra başçısı V.Hacıyev İ.Əkbərlidən onun şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna xələl gətirən məlumatların təkzib edilməsini və 100 min manta təzminat tələb edir.

Bu barədə musavat.com-un sualına cavab verən İ.Əkbərli bildirdi ki, yol verdiyi nöqsanlarla əlaqədar vəzifəli şəxsin tənqid olunmasını şərəf və ləyaqətin ləkələnməsi kimi qimətləndirilməsi və bu səbəbdən fantastik məbləğdə təzminat tələb etməsi təccüblüsür: “Mən V.Hacıyevi şəxsən tanımıram, ona qarşı heç bir qərəzim yoxdur və heç vaxt onun şərəf və ləyaqətini ləkələmək arzum da olmayıb. Adı çəkilən yazıda mən onun şəxsiyyətindən deyil, İmişli rayon İH-nin başçısı kimi fəaliyyətindən yazmışam. O, rayon başçısı olmasaydı, mənim gördüyüm, müşahidə etdiyim nöqsanlara yol verməsəydi, məmurların qanunazidd əmıllərinin qarşısını alsaydı, təbii ki, mən həmin yazını yazmazdım. Yazdıqlarım V.Hacıyevin fəaliyyət sferasından yana yol verilmiş nöqsanların sağlam tənqidindən başqa bir şey deyil. Ümid edirəm ki, iyul ayının 3-nə təyin edilən məhkəmədə bütün bunlara aydınlıq gətiriləcək”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə