Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ŞOK! Şabran meşəsində narkoplantasiya aşkarlandı
ŞOK! Şabran meşəsində narkoplantasiya aşkarlandı
21 İyun 2013 / 15:00 / Baxış sayı: 28
Font1 Font2 Font3 Font4

5 nəfər bağban tutuldu

İyunun 18-də Şabran rayonunda anti-narkotik əməliyyatı keçirilib. Redaksiyamıza daxil olan məlumata görə? rayonun Ağalıq kəndinin kənarındakı meşə zolağında xüsusi yetişdirilmiş narkotik plantasiyası aşkarlanıb. Rayon Polis Şöbəsinin hazırladığı əməliyyat planı əsasında ərazidə pusqu qurulub. Gecəyarısı əraziyə iki nəfər gəlib. Əməliyyat zamanı hər iki şəxs tutulub. Tutulanlardan birinin Ağalıq kəndinin qonşuluğunda yerləşən Uzunboyad kənd sakini Ruslan adlı şəxsin olduğu bildirilir.

Qeyd olunur ki, tutulanlar narkotik plantasiyasını əkib-becərdiklərini etiraf ediblər. Eyni zamanda dəstədə olan digər 3 şəxsin də adını çəkiblər. Keçirilən digər əməliyyat zamanı həmin 3 şəxs də yaxalanıb. Plantasiyada 300 ədəd narkotik tərkibli kol çıxarılıb. Kolların ümumi çəkisinin 26 kiloqram olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə