Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Deputat İlqar Məmmədovdan danışdı
Deputat İlqar Məmmədovdan danışdı
21 İyun 2013 / 15:49 / Baxış sayı: 14
Font1 Font2 Font3 Font4

Millət vəkili Musa Quliyev Milli Məclisin bugünki növbədənkənar iclasında Avropa Parlamentinin qətnaməsinin əsasız , qərəzli və hüququ cəhətdən qanunsuz olduğunu bildirib.

Musa Quliyevin sözlərinə görə, sənəd İlqar Məmmədovla bağlı olsa da orda tamamilə başqa qərəzli məsələlər var: “Qeyd olunur ki, İlqar Məmmədov dərhal buraxılmalıdır. Əslində İsmayıllıda hadisə baş verib və bununla bağlı adamlar saxlanılıb, onlardan biri də İlqar Məmmədovdur. Onun nə partiyası var, nə hansısa siyasi qurumda təmsil olunur. Qaldı ki, onun prezidentliyə namizəd olması ilə bağlı deyilənlərə, bu da əsasız məsələdir. Ona qalsa Azərbaycanın hər bir vətəndaşı ürəyində prezidentliyə namizəd ola bilər. Bu qətnamə əsassızdır.

Orda qeyd edilir ki, siyasi səbəblərə və jurnalist fəaliyyərinə görə həbs olunanlar dərhalı azad olunmalıdır. Azərbaycanda heç kim siyasi və ya jurnalist fəaliyyətinə görə həbs olunmayıb, həbs olunlanalar konkret cinayət əməlinə görə həbs olunub. Bundan başqa Bakının mərkəzində kütləvi aksiyaların keçirilməsini tələb etmək absurddur. Avropa Parrlamentinin qəbul etdiyi qətnamə Azərbaycna təzyiq vasitəsidir. Amma onlar düşünsünlər ki, Azərbaycan 20 il əvvəlki Azərbaycan deyil”.

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə