Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Türkiyə səfiri Almaniya XİN-ə çağrıldı
Türkiyə səfiri Almaniya XİN-ə çağrıldı
21 İyun 2013 / 16:58 / Baxış sayı: 8
Font1 Font2 Font3 Font4

Türkiyənin Almaniyadakı səfiri Hüseyn Avni Karslıoğlu bu ölkənin Xarici İşlər Nazirliyinə çağrılıb. “Hürriyyət” qəzetinin  verdiyi məlumata görə, buna səbəb Türkiyənin Avropa İttifaqı işləri üzrə naziri Egemen Baxışın Berlinin Ankaraya qarşı siyasətinə dair bəyanatı olub.

Qəzetin məlumatına görə, Karslıoğlunu Almaniyanın xarici işlər nazirinin müavini qəbul edəcək.

Qeyd edək ki, Baxış Almaniya kansleri Angela Merkelin Taksim meydanında nümayişçilərin zorakılıqla dağıdılması ilə bağlı tənqidinə cavab olaraq bildirmişdi ki, Merkel Türkiyədəki vəziyyətdən öz şəxsi məqsədləri üçün istifadə edir.

Baxışın sözlərinə görə, Merkel ölkədə keçiriləcək seçkilər ərəfəsində nüfuzunu artırmaq üçün Türkiyə hökumətinin ünvanına sərt ifadələr işlədir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə