Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Alman mətbuatından ARDNŞ-in sövdələşməsinə ŞÜBHƏ
Alman mətbuatından ARDNŞ-in sövdələşməsinə ŞÜBHƏ
21 İyun 2013 / 17:26 / Baxış sayı: 30
Font1 Font2 Font3 Font4

“Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı mübahisələr üzündən Yunanıstanla saziş şübhə altındadır”

Almaniya mətbuatı Azərbaycan Dövlət Neft Şirkətinin Yunanıstanın DESFA qaz şirkətinin səhmlərinin nəzarət paketini əldə etməsi ilə bağlı sövdələşmənin perspektivini şübhə altına alıb. Avropa.info xəbər verir ki, bu barədə Almaniyanın “Handelsblatt” qəzeti yazıb.

Məqalədə deyilir: “SOCAR-ın prezidenti Rövnəq Abdullayev dünya boyunca çox səyahətlər edib, şirkəti üçün səhmlər alıb və ölkəsinin təsirini artırıb. İndi bu şirkət caynaqlarını Avropa Birliyinə tərəf uzadır.

AB-nin üzvü olan Yunanıstan dövlətə məxsus böyük qaz şirkətinin özəlləşdirilməsi çərçivəsində səhmlərini avtoritar imicə sahib olan Azərbaycana satır. Azərbaycanın dövlət enerji şirkəti olan SOCAR Yunanıstanın DESFA qaz şirkətinin səhmlərinin üçdə ikisinə iddia edir. Yunanıstan ümumilikdə Qazpromun aldığı DEPA və SOCAR-ın almaq istədiyi DESFA şirkətlərinin özəlləşdirilməsindən 1,3 milyard dollar götürməyi planlaşdırır.

Hazırda Rusiyadan yan keçməklə Avropa Birliyi ölkələrinə qazın nəqli üçün nəzərdə tutlan qaz kəmərinin inşası uğursuzluğa düçar ola bilər. Həmçinin Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı mübahisələr üzündən Yunanıstanla saziş də şübhə altındadır”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə