Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Əcnəbilər yerli işçilərdən 11 dəfə çox maaş alır – Azərbaycanda
Əcnəbilər yerli işçilərdən 11 dəfə çox maaş alır – Azərbaycanda
21 İyun 2013 / 19:14 / Baxış sayı: 42
Font1 Font2 Font3 Font4

Azərbaycanda çalışan əcnəbilərin əmək haqqı ölkə üzrə ümumi göstəricidən 11 dəfə yüksəkdir.

Dövlət Statistika Komitəsindən arxiv.bizimxeber.az-a verilən məlumata görə, 2012-ci ilin nəticələrinə əsasən, Azərbaycanda işləyən 6 918 nəfər xarici ölkə vətəndaşlarının orta aylıq əmək haqqı 4 518 manat təşkil edib. Qeyd edək ki, ötən ilin yekunlarına görə, ölkə üzrə ümumi orta aylıq əmək haqqı 396 manat olub. Başqa sözlə, əcnəbilərin orta aylıq əmək haqqı ölkə üzrə ümumi göstəricidən 11,4 dəfə artıqdır.

Keçən il xaricilərin əmək haqqı 21% artıb. Həmin dövrdə ölkə üzrə orta aylıq əmək haqqı isə 8,7% yüksəlib. Ölkədə çalışan xaricilərin 113-ü dövlət, 6 805-i qeyri-dövlət sektorunda çalışır.

Dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı 1 537,5 manat (dövlət sektorunda ölkə üzrə ümumi göstəricidən 4,8 dəfə artıq), qeyri-dövlət sektorunda çalışanların əmək haqqı 4 567,7 manat (9,2 dəfə artıq) təşkil edir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə