Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Metrosunun girişində qadın öldü
Metrosunun girişində qadın öldü
22 İyun 2013 / 16:21 / Baxış sayı: 22
Font1 Font2 Font3 Font4

Meyit uzun müddət yerdə qalıb

Bu gün saat 13:57 radələrində Bakının Yasamal rayonu ərazisində “20 yanvar” metrosunun girəcəyində yaşlı qadın meyiti tapılıb. Meyit metronun girişində aşkarlanıb. Hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, hadisə yerinə təcili yardım maşını çağrılıb. Lakin həkimlər meyidi götürməyiblər. Deyilənlərə görə, meyit uzun müddət yerdə qalıb.
Məsələ ilə əlaqədar Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası ilə əlaqə saxladıq. Stansiyadan ANS PRESS-ə bildirdilər ki, hadisə yerinə həkimlər gedib. Lakin qadının artıq keçindiyi məlum olub. Bu zaman isə həkimlər meyidi hadisə yerindən götürməməlidirlər.

“Hadisə yerinə polis çağırılmalıdır. Şəxsin ölüm səbəbi araşdırılmalıdır. Meyit polisə təhvil verilməlidir”, – deyə stansiyadan bildiriblər.

Məsələ ilə bağlı Yasamal rayon Polis İdarəsi 29-cu polis bölməsindən verilən məlimata görə, meyit 60 yaşdan yuxarı qadına məxsus olub. İlkin ehtimala görə qadın ürəktutmasından ölüb. Lakin meyidin şəxsiyyəti hələlik müəyyən olunmayıb. Faktla bağlı araşdırma aparılır.

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə