Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nazir xidmət rəislərinə tapşırıqlar verdi
Nazir xidmət rəislərinə tapşırıqlar verdi
22 İyun 2013 / 16:38 / Baxış sayı: 12
Font1 Font2 Font3 Font4

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov iyunun 22-də Şirvanda növbəti qəbul keçirib. Bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumat verilib.

Şirvan Polis Şöbəsində Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, İmişli, Zərdab, Saatlı şəhər və rayonlarında yaşayan sakinlərin, eyni zamanda, Cəbrayıl və Zəngilandan olan məcburi köçkünlərin bir qrupunu qəbul edən nazir müraciətlərin operativ şəkildə həlli üçün qəbulda iştirak edən Baş İdarə və xidmət rəislərinə konkret tapşırıqlar verib.

Daxili işlər nazirinin qəbul etdiyi 30 nəfər tərəfindən qaldırılan məsələlərin  böyük əksəriyyəti elə görüş zamanı öz həllini  tapıb. Polis fəaliyyətinə aid olmayan  digər ərizələrin aidiyyatı üzrə göndəriləcəyi və onlara mövcud qanunvericiliyə uyğun baxılacağı diqqətə çatdırılıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə