Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rus bölməsinin abituriyentləri Azərbaycan dilindən imtahan verir
Rus bölməsinin abituriyentləri Azərbaycan dilindən imtahan verir
23 İyun 2013 / 12:17 / Baxış sayı: 10
Font1 Font2 Font3 Font4
Bu gün rus bölməsinin abituriyentlərinə Azərbaycan dilindən test imtahanı keçirilir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən arxiv.bizimxeber.az-a verilən məlmata görə, bu imtahanda mayın 19-da keçirilən birinci imtahandan “qeyri-məqbul” qiyməti alan və ya bu imtahanda iştirak etməyən abituriyentlər iştirak edə bilərlər.

İmtahan 45 dəqiqə ərzində aparılacaq və abituriyentlərə “Azərbaycan dili” fənnindən 30 test tapşırığı təqdim ediləcək. Hər düzgün cavab bir balla qiymətləndiriləcək. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərməyəcək. “Azərbaycan dili” fənnindən test imtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndiriləcək. İmtahanın nəticəsinə görə “məqbul” alan abituriyentlər qəbul imtahanlarına buraxılacaqlar.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə