Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Erməni və Azərbaycan deputatları görüşəcək
Erməni və Azərbaycan deputatları görüşəcək
23 İyun 2013 / 12:23 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Ermənistan və Azərbaycan parlament nümayəndələri arasında görüş keçiriləcək.

arxiv.bizimxeber.az-ın ANS Press-ə istinadən verdiyi məlumata görə, görüşün 24-28 iyun tarixlərində Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Strasburqda keçirləcək yay sessiyası çərçivəsində baş tutması gözlənilir. Bu barədə erməni mətbuatına Ermənistanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, hakim “Çiçəklənən Ermənistan” fraksiyasının katibi Naira Zoqrabyan məlumat verib.

Onun sözlərinə görə, Avropa Şurasının sessiyasında deputatlar Yaxın Şərqdəki vəziyyət, Bolqarıstanda keçirilən parlament seçkiləri, Macarıstana qarşı monitorinq prosedurlarının açılması və digər vacib məsələlər müzakirə edəcəklər. Avropa Şurasının Nazirlər Komitəsində Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın və azərbaycanlı deputatların çıxışları da gözlənilir. Sessiya zamanı Avropa Parlamentinin prezidenti Martin Şultsın da çıxışının olacağı nəzərdə tutulub.

Qeyd edək ki, erməni deputat AŞ PA yay sesiyası zamanı Ermənistan və Azərbaycan nümayəndə heyətlərinin görüşünün baş tutacağını da xüsusi qeyd eduib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətlərinin də müzakirə olunacağı vurğulanır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə