Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Yunanıstan hökuməti dağılır
Yunanıstan hökuməti dağılır
23 İyun 2013 / 13:35 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Yunanıstanda koalisiyaya daxil olan partiyalardan biri hökumətdən çıxdığını bəyan edib.

Anspress yazır ki, Yunanıstanda maliyyə böhranı ilə əlaqədər iki gün öncə ölkənin aparıcı dövlət telekanallarından birinin bağlanmasına ilə bağlı yaşanmış qalmaqalın ardınca bu dəfə koalisiya tərkibində kiçik partiyalardan biri hökumətinin tərkibindən çıxdığını elan edib.
Partiya rəhbərliyinin bu addımı koalisiya hökumətinin başçısı – ölkənin baş naziri Antonis Samarası parlamentdə azlıqda qoyub. Solçu partiyanın koalisiyanı tərk etməsi baş nazirə ağır zərbə olsa da, Antonis Samaras ölkəsini maliyyə böhranından çıxarmaq üçün qətiyyətlə fəaliyyətini davam etdirəcəyini bildirib.
Son zamanlarda ölkə daxilində baş verən siyasi dəyişiklərə baxmayaraq hakim «Yeni Demokratiya» partiyası ilə bağlı fikirlər isə müsbət olaraq qalır. Ökədə keçirilən ümumi rəy sorğusuna əsasən, əhalinin 47 faizi məhz Antonis Samarası baş nazir kimi dəstəklədiyini bildirib. 33.5 faiz vətəndaş isə onun əsas rəqibi SİRİZA partiyasının rəhbəri Aleksis Tsiprası daha uğurlu siyasətçi hesab edib. Bu arada, gələn həftə Avropa Birliyi və Beynəlxalq Valyuta Fondunun nümayəndələri sərt iqtisadi planların tədbiqi ilə əlaqədər yoxlama işləri aparmaq üçün paytaxt Afinaya gələcək. Səfər zamanı isə nümayəndələr yeni islahat tələbləri irəli sürə bilərlər.
Bizmxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə