Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İbrahim İbrahimli qohumunun yasına buraxılmadı
İbrahim İbrahimli qohumunun yasına buraxılmadı
24 İyun 2013 / 12:45 / Baxış sayı: 16
Font1 Font2 Font3 Font4

Milli Şuranın və İctimai Palatanın üzvü İbrahim İbrahimli Naxçıvana buraxılmayıb. Hadisə iyunun 23-də baş verib.

İbrahim İbrahimlinin 30 yaşlı qardaşı oğlu Orxan İbrahimov qəfil ürəktutmasından vəfat edib. İbrahim İbrahimli Bakıdan yas mərasiminə gedən zaman onu hava limanından Naxçıvana buraxmayıblar. O, geri qayıtmalı olub.

İbrahim İbrahimli bu il aprelin 6-da Babək rayonunun Tumbul kəndinə, bacısı oğlunun yas məclisinə gedəndə təzyiq və təhqirlə üzləşmişdi.

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə İbrahim İbrahimlinin Naxçıvana buraxılmamasına etiraz edib: “Azərbaycan vətəndaşını ölkənin bir yerindən başqa bir yerinə buraxmamaq konstitusiyanın açıq-aşkar pozulmasıdır. Bu, ölkədə hüququn olmadığının ən bariz göstəricisidir. Bu qədər də olmaz axı! Başa düşmək istəmirlər ki, insanı əzizinin yasına buraxmamaq kimi hərəkət Azərbaycan cəmiyyəti üçün ən ziyanlı tendensiyadır. İnsanlara qarşı bu prosesi bu şəkildə uzun müddət davam etdirsələr, cəmiyyətdə elə bir qarşıdurma əhval-ruhiyyəsi yaranacaq ki, heç kim bir-birini bağışlamaq mövqeyində olmayacaq”.

Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa deyib ki, insanların hüzrə, toya getməsinə hər hansı şəkildə maneçilik olmamalıdır: “Maneçilik ilk növbədə konstitusiyaya uyğun deyil. Konstitusiyaya görə, azadlıqdan məhrum edilməyən istənilən Azərbaycan vətəndaşı ölkənin bütün ərazisində sərbəst şəkildə hərəkət edə bilər. İbrahim İbrahimli ilə bağlı bu fakt varsa, məsələ araşdırılmalı və qanuni tədbirlər görülməlidir”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib ki, tək İbrahim İbrahimlini yox, Naxçıvandakı problemlərdən danışan heç bir naxçıvanlını Naxçıvana buraxmırlar, buraxanda isə döyürlər: “Bizi məhrum ediblər Naxçıvanda qohumların yasında, toyunda iştirak etməkdən. Bu cür acınacaqlı vəziyyət var Naxçıvanda”.//musavat.com//

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə