Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

YAP seçki hazırlığını davam edtdirir
YAP seçki hazırlığını davam edtdirir
24 İyun 2013 / 13:18 / Baxış sayı: 8
Font1 Font2 Font3 Font4

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar hazırlıq proqramına uyğun olaraq işlər davam etməkdədir.

arxiv.bizimxeber.az-ın məlumatın görə, bu barədə jurnalistlərə YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov deyib: “Məlum olduğu kimi Yeni Azərbaycan Partiyası öz namizədini partiyanın V qurultayında təsdiq edib, müəyyənləşdirib və hazırda bu istiqamətdə zəruri işlər görülməkdədir. Yeni Azərbaycan Partiyasının yerli strukturlarının qarşıdan gələn prezident seçkilərinin təşkil olunmasında səfərbər olunması istiqamətində də biz lazımi işlər görürük”.

Əhmədov qeyd edib ki, YAP-ın mesajlarının müəyyənləşdirilməsi, seçki proqramının və əsas hədəflərin seçicilərə çatdırılması istiqamətində də partiya işləri davam etdirir: “Hazırlıq işləri həmişə olduğu kimi lazımi səviyyədə davam etdirilir və güman edirəm ki, Yeni Azərbaycan Partiyasının apardığı genişmiqyaslı hazırlıq işləri bütövlükdə seçki kampaniyasının yüksək fəallıq şəraitində keçməsini təmin edəcəkdir”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə