Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

DİN-dən və Ekologiya nazirliyindən ayı açıqlaması
DİN-dən və Ekologiya nazirliyindən ayı açıqlaması
24 İyun 2013 / 13:56 / Baxış sayı: 30
Font1 Font2 Font3 Font4
Daxili İşlər Nazirliyi (DİN) Şamaxı rayonunda ayının sakinlərə xəsarət yetirməsi ilə bağlı məlumat yayıb.
arxiv.bizimxeber.az-ın məlumatına görə, iyunun 23-də Şamaxı rayonunun Qaladərəsi kəndindən kənd sakinləri Fəridə Nuriyeva və Sahib Allahverdiyev bədənlərinin müxtəlif yerlərindən ayı dişləmiş halda xəstəxanaya gətiriliblər.

Sonradan həmin ayı kəndin ərazisində 2 baş inəyi də parçalayıb meşəyə qaçıb.

Qeyd edək ki, ayının yaxınlıqda olan restorlanların birindən qaçması barədə xəbərlər yayııb.

Lakin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raqif Mirzəyev Modern.az-a açıqlamasında bu faktı təkzib edib. Bildirib ki, yerli idarə ilə əlaqə saxlanılıb və məlum olub ki, ayı meşə ərazisindən gəlib.

“Ümumiyyətlə biz restoranlarda vəhşi heyvanların saxlanması ilə bağlı reydlərimizi davam etdiririk. Və elə bir fakt aşkar olunmayəb. Həmin ayı da meşə ərazisindən gəlib, qonur ayıdır, “Qırmızı kitab”a salınıb”. R.Mirzəyev bildirib ki, vəhşi heyvanların restoranlarda saxlanması halları keçən il qeydə alınsa da, cari ildə belə fakt aşkarlanmayıb.

“Vəhşi heyvanların kəndlərə hücumu olur, amma bu, o qədər də tez-tez müşahidə edilmir. Əvvəllər canavarlar kəndlər, kənd təsərrüfatı heyvanlarına hücum edirdi. Belə hadisələr olanda və ya nazirliyə müraciətlər edildikdə biz yerli idarə orqanları və rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayırıq, həvəskar ovçulardan ibarət qruplar yaradılır” -deyə R.Mirzəyev əlavə edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə