Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Məmməd Əlizadə DADP-yə qayıdır
Məmməd Əlizadə DADP-yə qayıdır
24 İyun 2013 / 14:49 / Baxış sayı: 14
Font1 Font2 Font3 Font4

Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) təsisçisi və keçmiş sədri Məmməd Əlizadə baş verən son proseslərə görə partiyasına geri qayıdır. Bu barədə DADP-nin təsisçisi M.Əlizadə açıqlamasında özü məlumat verib.

DADP-nin adından Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsi barədə yayılan məlumatlara toxunan M.Əlizadə deyib: “Əslində bu məsələnin kökündə o dayanır ki, 5-10 nəfər yığılıb hər hansı müzakirə aparıblar. Həmin şəxslərin bu müzakirəsi hələ namizəd seçmək demək deyil. Kimlərsə bu məsələni həddindən çox şişirdirlər və bunun özü təxribatdır.

Orada Mehriban xanımın namizədliyi verilməyib, sadəcə bir neçə nəfər bu barədə öz fikirlərini bildirib. Onları yayan şəxslər isə özlərini reklam etmək istəyiblər. Buna görə də videonu internetdə yerləşdiriblər. O videonu internetdə kim yerləşdiribsə, o, şərəfsizdir, hansısa oyunların qurbanıdır. Bu təxribat xarakterli məlumatları kim yayıbsa, o şərəfsizlik edib. Bu cür addımlar yalnışdır. Çünki hər zaman bəyan etmişik ki, bizim namizədimiz və liderimiz prezident İlham Əliyevdir. Ona görə də biz hər zaman prezident İlham Əliyevin namizədliyini dəstəkləmişik. Biz bütün ömürümüzü ulu öndər Heydər Əliyevin siyasətini dəstəkləməyə həsr etmişik”.

M.Əlizadə qeyd edib ki, müəyyən məsələlər olarsa və YAP-dan kiminsə namizədliyi məsələsi ortaya atılarsa, o zaman bu barədə də aparıcı partiya olan YAP özü qərar qəbul etməlidir. Onun sözlərinə görə, bu cür məsələlərdə YAP-dan başqa partiyaların hər hansı münasibət sərgiləməsi düzgün deyil: “Mən hər zaman bu cür halların əleyhinə olmuşam. Bu cür məsələlər əvvəlcədən müzakirə olunmalıdır. Belə partizanlıq olmaz.

DADP-nin guya Azərbaycanda ikinci iqtidar partiyası olmasına hazırlıq görülməsi barədə yayılan məlumatlar tamamilə cəfəngiyatdır və təxribat xarakteri daşıyır. Mən artıq qərarımı vermişəm və bütün bu məsələlərin ciddi araşdırılmasına çalışacam, yayılan məlumatlara ciddi reaksiyam da olacaq. Yəqin ki, bu cür təxribatı törədənlərlə bağlı şübhələndiyim şəxslər olsa, dərhal mətbuata da açıqlama verəcəm. Mən DADP-dən bir ildən çoxdur ki, uzaqlaşmışam. Öz yerimi də o vaxtı müavinim olan Mirkazım Seyidova verdim. Siyasətdən getmişdim, ancaq bu məsələyə görə qayıtmağı düşünürəm. Bu gündən qərara gəldim ki, mən bu oyunları oyanayan şəxsləri ciddi şəkildə araşdırıb ifşa edim. Kimlərsə mənim qurduğum bu partiya üzərindən alver etmək istəyirlərsə, bu mümkün olmayacaq. Mən hələ ki bilmirəm onlar kimlərdir. Çünki neçə müddətdir ki, partiyadan getmişəm. Əgər işin içində olsaydım, o zaman bilərdim. Ola bilsin ki, yaxın vaxtlarda partiyaya dönmək barədə qərar da qəbul edim”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə